Vladimir Lenin

Vikisitat saytından
Jump to navigation Jump to search

Vladimir Ulyanov — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-nin qurucusu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı o adam deyildir ki, səhv etmir. Belə adamlar yoxdur və ola da bilməz. Ağıllı o adamdır ki, onun etdiyi səhvlər çox da mühüm olmur və bunları asanlıqla düzəldə bilir.
  • Arzu etmədən yaratmaq olmaz.

B[redaktə]

  • Biz səhvlərimizdən öyrənməliyik.

C[redaktə]

  • Cəmiyyətdə yaşayib, cəmiyyətdən azad olmaq mümkün deyil.

Ç[redaktə]

  • Çoxdan deyilib ki, inqilablı nəzəriyyətsiz inqilab hərəkəti ola bilməz və indiki vaxtlarda bunu sübut etmək lazım deyil.

D[redaktə]

  • Dövlətin tamamilə yox olması üçün tam kommunizm lazımdır.

E[redaktə]

  • Elm üçün arxayınçılıqdan və yerində saymaqdan təhlükəli heç nə yoxdur.

H[redaktə]

  • Hər bir aşbaz qadın dövləti idarə etməyə qadirdir.
  • Həyat ziddiyyətlərlə irəliləyir və canlı ziddiyyətlər insan ağlının əvvəlcə zənn etdiyindən qat-qat zəngin, çoxçəhətli və məzmunludur.

İ[redaktə]

  • İdeyalar kütləni ələ alanda gücə çevrilir.
  • İnqilabi nəzəriyyə olmadan heç bir inqilabi hərəkat ola bilməz.
  • İnqilabımız vətənpərvərliyə qarşı mübarizə apardı. Brest sülhü dövründə biz vətənpərvərliyə qarşı çıxmalı olduq. Dedik: əgər sən sosialistsənsə, bütün vətənpərvərlik hisslərini beynəlxalq inqilab naminə qurban verməlisən.
  • İnsan özü haqqında dediklərinə və ya düşündüyünə görə deyil, etdiklərinə görə mühakimə olunur.
  • İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.
  • İstedad nadirdir. Sistemli və diqqətlə dəstəklənməlidir.

K[redaktə]

  • Kapitalist cəmiyyətində azadlıq həmişə qədim Yunan respublikalarında olduğu kimi qalır: qul sahibləri üçün azadlıq.

M[redaktə]

  • Məğlubiyyətlərimizi və çatışmazlıqlarımızı etiraf etməkdən çəkinmədiyimiz zaman qalib olmağı öyrənəcəyik.
  • Məhəbbətdə iki nəfər iştirak edir, bunun nəticəsində də üçüncü - yeni həyat yaranır. Burada ictimai mənafe gizlənirŞ kollektivə qarşı borc əmələ gəlir.

N[redaktə]

  • Nə qədər ki, dövlət var, azadlıq yoxdur. Azadlıq olanda dövlət olmaz.

O[redaktə]

  • Oxumaq, oxumaq, yenə də oxumaq!

R[redaktə]

  • Rəhbər - iş zamanı diktatordur.
  • Rus ağıllısı, adətən, ya yəhudidir, ya da yəhudi qarışığı.
  • Rus dilini korlayırıq. Biz lazımsız yerə əcnəbi sözlərdən istifadə edirik. Biz onlardan səhv istifadə edirik. Çatışmazlıqlar, nöqsanlar, boşluqlar deyə bildiyiniz halda niyə “qüsur” deyirsiniz?.. Ehtiyac olmadan əcnəbi sözlərdən istifadəyə müharibə elan etməyimizin vaxtı deyilmi?

S[redaktə]

  • Saxta ibrət, saxta lovğalıq mənəvi ölüm deməkdir, o siyasi ölümün əsl rəhnidir.
  • Siyasətdə dürüstlük gücün, ikiüzlülük zəifliyin nəticəsidir.
  • Sülh - müharibələr arasındakı fasilədir.

T[redaktə]

  • Tarixi ləyaqətlər tarixi şəxsiyyətlərin müasir tələblərlə müqayisədə nəyi vermədiyinə görə deyil, sələfləri ilə müqayisədə yeni bir şey verdiyinə görə qiymətləndirilir.

Ü[redaktə]

  • Ümidsizlik pisliyin səbəblərini başa düşməyən, çıxış yolu görməyən və mübarizə apara bilməyənlərə xasdır.

V[redaktə]

  • Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir.
  • Vətənpərvərlik məhz kiçik sahibkarların həyat şəraiti ilə bağlı olan hissdir.

Y[redaktə]

  • Yeni sistemimizin xarab olduğunu iddia edirlər. Lakin xatırlayırsınızsa, ilk düzəldilən buxar maşınının də xarab olduğu iddia edilmişdi. Amma indi buxarla işləyən maşınlar var. Nə olursa, olsun, dünya üzərində sosialist bir cəmiyyətin qurula biləcəyini isbatladıq.

İstinadlar[redaktə]