Uyğun
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür. Çin atalar sözləri
- Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar. İmam Hüseyn
B[redaktə]
- Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla.Oldos Haksli
- Biz Afinalılar, siyasət ilə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir siyasətin tətbiq olunmasıdır. Fukidid
- Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir. Viktor Hüqo
- Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər. Vaşinqton İrvinq
D[redaktə]
- Din ayaqqabı kimidir. Özünə uyğun olanını tap geyin. Amma öz ayaqqabını mənə geyidirməyə çalışma! Corc Karlin
E[redaktə]
- Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil, başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir. Oskar Uayld
Ə[redaktə]
- Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! Oskar Uayld
F[redaktə]
- Fərd dövlətlə uyğun olduğu ölçüdə əhəmiyyətlidir. Benito Mussolini
X[redaktə]
- Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. Əbu Turxan
İ[redaktə]
- İlk anda sözlər onlara uyğun gələn görüntülərlə çulğalaşmadılar, amma hisslərin içində qərq olaraq onları daha da gücləndirdilər. Uilyam Qoldinq
- İncəsənət nümunələrini, şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün. Aqata Kristi
K[redaktə]
- Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. Nikola Şamfor
Ö[redaktə]
- Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz düzü. Əhvədi
S[redaktə]
- Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram. Mişel de Monten
Y[redaktə]
- Yalanlar gerçəklərlə uyğun gəlmədiyi kimi, ümumiyyətlə öz aralarında da zidd düşərlər. Daniel Vebster
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014