İmam Hüseyn
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar.
- Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar.
- Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır.
- Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır.
B[redaktə]
- Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur.
C[redaktə]
- Comərdlik edən ucalar, xəsislik edən isə alçalar.
Ə[redaktə]
- Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir.
İ[redaktə]
- İnsanların ən comərdi istənilmədən verəndir.
Q[redaktə]
- Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə rahat ola bilər.
S[redaktə]
- Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.
Y[redaktə]
- Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014