Əhvədi

Vikisitat saytından
Jump to navigation Jump to search

Əhvədi Marağalı (1274-1358) - Azərbaycan şairi.

Ç[redaktə]

  • Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək.

E[redaktə]

  • Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan.
  • Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.

Ə[redaktə]

  • Əgər həyan olsa, lovğa olmazsan,

Mənasız işlərə meyl salmazsan.

  • Əməlsiz elm ayağa cidardır.

H[redaktə]

  • Hər kəs ki, lovğalıq və məğrurluq yükü altındadır, o mərifətdən kəmdir.
  • Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz.

K[redaktə]

  • Kim vəfa yoluna mərdanə gəldi,

Ordan comərdliyə qalxıb yüksəldi.

Q[redaktə]

  • Qanadın yoxdursa, yüksəklərə uçmaq təşəbbüsündə olma.
  • Qocalığa cavanlıqdan hazırlaşmaq lazımdır.

Ö[redaktə]

  • Öz halına uyğun deməsən sözü,

İstəyin qəbula yetişməz düzü.

S[redaktə]

  • Sən ancaq öyrənməklə ucalarsan.
  • Sənin öz qəlbinə yatmayan sözü,

Yaxşı hesab etmir hikmətin özü.

  • Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.

Z[redaktə]

  • Zarafat üzlərin tökər suyunu,

Artırsan pisliklə qurtarar sonu.

Mənbə[redaktə]

  • Xəzinə. Bakı,1997