Fukidid

Vikisitat saytından
Fukidid
Doğum tarixi e.ə. 460 illər
Doğum yeri Alimos Municipality
Vəfat tarixi e.ə. 395
Vəfat yeri Afina
Vikipediya məqaləsi

Fukidid (E.ə. təxminən 460-400-cü illər) — Qədim Yunan tarixçisi (“Peloponn müharibəsi tarixi”-nin müəllifi), filosof



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azadlığı xoşbəxtlik, cəsarəti isə azadlıq hesab edin.

B[redaktə]

  • Başqasına qulluq göstərən etibarlı dostdur.Çünki, o, sonrakı xidmətləri ilə də layiq olduğu minnətdarlığı saxlamağa çalışır. Əksinə, mərhəmət göstərən insan daha az qısqanc olur. Çünki, o başa düşür ki, xeyirxah əməli dostluğa görə yox, vəzifəsinə görə edir.
  • Biz Afinalılar, siyasət ilə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir siyasətin tətbiq olunmasıdır.
  • Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır.

Ç[redaktə]

  • Çox nadir hallarda müharibəni qabaqcadan müəyyən edilmiş plana görə edirlər. Şəraitdən asılı olaraq yolları və vasitələri müharibənin özü seçir.

D[redaktə]

  • ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi.

Ə[redaktə]

  • Ədalət və məqsədəuyğunluluq cəzada birləşdirilə bilməz.
  • Əgər cəsur insanları fərqləndirməyi bacarsaydılar, oxlar daha da qiymətli olardı (Afinalı əsirin döyüşdə həlak olanlar cəsur idilərmi kimi qalibin istehzalı sualına cavabı).
  • Əgər mən bir düşmən kimi sizə çoxlu bədbəxtlik gətirmişəmsə, o zaman sizə faydalı dost ola bilərəm (Alkividin spartalılara müraciətindən).
  • Əksər insanlar düzgün axmaqlar kimi yox, mahir fırıldaqçılar kimi tanınmağa üstünlük verir.
  • Ən böyük hörmətə o qadın layiqdir ki, o, kişilər arasında daha az məzəmmət və tərif edilir, onun barəsində daha az danışılır.

G[redaktə]

  • Gələcək qeyri-müəyyənliklə doludur, lakin gələcəyin bu aldadıcılığı böyük bir xoşbəxtlikdir.

H[redaktə]

  • Heç kim plan qurarkən və onu icra edərkən ehtiyatlı olmur. Mülahizlərdə biz möhkəmik, hərəkətlərdə isə qorxuya güzəştə gedirik.
  • Hərbi uğur qazanmaq üçün ən vacib şey düşüncəlik və dolu xəzinədir.
  • Həyatda cəsur insanlara həsəd aparırlar, ölülərə isə həsəd aparmır, hörmət edirlər.

İ[redaktə]

  • İnsan münasibətlərində hüquq yalnız o zaman məna daşıyır ki, bərabər gücə malik iki tərəf hər bir tərəf üçün ümumi olan zəruriliyi qəbul edir.
  • İnsan öz təbiəti etibarı ilə ona yaltaqlanan a həmişə təkəbbürlə baxır, əksinə, onun qabağında boyun əyməyənə hörmət edir.
  • İnsanlar başqalarının onları tərifləmələrinin həqiqliyinə özlərini bu cür igidliklər etməyə qadir olduqlarını hesab etdikləri qədər inanırlar.Onların imkanları xaricində olan tərif isə onlarda həsəd və etibarsızlıq hissi yaradır.
  • İnsanlar müharibə aparmaq əvəzinə böyük bir ruh yüksəkliyi ilə döyüşmək qərarı verirlər və hərbi xoşbəxtliyin dəyişilməsi ilə öz əhval-ruhiyyələrini də dəyişirlər.
  • İnsanlar müharibəyə başlayarkən, gözlənilməsi daha münasib olduğu halda, dərhal hərəkətə keçirlər və uğursuzluğa düçar olandan sonra mülahizələrə müraciət edirlər.
  • İnsanlar onlara edilən haqsızlığa zorakılıqdan daha çox hiddətlənirlər: bunu özlərinə bərabər olanların saymamazlığı, digərini isə daha əzəmətli olanın zorakılığına tabe olmaq zərurəti hesab edirlər.
  • İnsanlar şeylər üçün yox, şeylər insanlar üçündür.

K[redaktə]

  • Kobud məhdudiyyətdən kobud qoçaqlıq, ayıq hesablamadan isə qərarsızlıq yaranır.

Q[redaktə]

  • Qəhrəmanların məzarı bütün Yer kürəsidir.
  • Qorxu yaddaşı alır.

M[redaktə]

  • Məhkəmənin qərarına qədər özünə bərabər olana qarşı istənilən kiçik və ya böyük tələb onun məhkum olunmasına iddia etməkdir.
  • Mən hökmranlığa can atanları yox, ona tələsik tabe olmağa hazır olanları qınayıram.Çünki, təbiətcə, insan həmişə ona tabe olanlar üzərində hökmranlıq etmək istəyir.
  • Müharibə zorakılığın müəllimidir.
  • Müharibədə uğur qazanmaq silahdan yox, silahın da xeyir verməsinə kömək edən puldan asılıdır.

Ö[redaktə]

  • Özünə bərabər olana güzəştə getməyən, güclülər qarşısında ləyaqətini, müdafiəsizlər qarşısında isə özünü saxlaya bilən hamıdan uzağa gedəcək.

R[redaktə]

  • Rəqibin gözlənilən səhvlərində hesablama aparmaq lazım deyil.
  • Rəqibin təsadüfi uğursuzluqları ilə fəxr edilməməlidir. Özündə əminliyi yalnız o zaman hiss etmək olar ki, rəqibin planlarını alt-üst edə biləsən.

S[redaktə]

  • Sparta çarı Arxidam Fukididdən yumruq döyüşündə onun, yoxsa Periklin güclü olmasını soruşur. Fukidid cavab verir: “ Bilmirəm. Əgər mən onu yıxsam , o bütün iştirakçıları inandırcaq ki, yıxılmayıb və qalib gələcək”.

Ş[redaktə]

  • Şəhər divarlardan yox, insanlardan ibarətdir.

T[redaktə]

  • Tarix təkrarlanır.
  • Təbiətcə, ümid israfçıdır.
  • Tiran və başqa şəhərlər üzərində hökmranlıq edən əzəmətli şəhərlər üçün sərfəli olan hər şey məntiqə uyğundur.
  • Tiraniyaya nail olmaq ədalətsiz, ondan imtina etmək isə təhlükəlidir.

U[redaktə]

  • Unutma ki, xoşbəxtliyin sirri azadlıqda, azadlığın sirri isə cəsarətdədir.

Ü[redaktə]

  • Ümumi tənəzzül zamanı şəhərin çiçəklənməsi bütövlükdə bir neçə adama yox, ayrı-ayrı vətəndaşalara daha çox xeyir verər.

Y[redaktə]

  • Yalnız qarşılıqlı qorxu ittifaqı etibarlı edir.
  • Yalnız özünə bərabər olandan qisas almaq alicənablıqdır.
  • Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir.

Z[redaktə]

  • Zorakılığa zorakılıqla cavab vermək lazımdır.

İstinadlar[redaktə]