Ədalət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Böyük insan — ən yüksək mövqedə təvazökar, qüdrət sahibi olanda bağışlayan və qüvvətli olanda ədalətli hərəkət edəndir. (Əbdülməlik B. Mərvan)
  • Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. Məhəmməd peyğəmbər

Ə[redaktə]

  • Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. Emil Zolya
  • Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər. Əfzələddin Xaqani
  • Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
  • Ədalət güclü, güclü də ədalətli olmalıdır Blez Paskal
  • Ədalət – ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. (Ulpian)
  • Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. Aleksandr Hamilton
  • Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. (Monten)
  • Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. (Mirabo)
  • Ədalət yer üzündə Allahın tərəzisidir. Həzrəti Əbu Bəkr
  • Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur. Sokrat
  • Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. Məhəmməd peyğəmbər
  • Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)
  • Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. (Amyot)
  • Ədalətin qüvvətli, qüvvətlilərin də ədalətli olması lazımdır. Blez Paskal
  • Ədalətsiz rejimi ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın. Mahatma Qandi
  • Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq. Heraklit

H[redaktə]

  • Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. Mahatma Qandi
  • Heç bir dəyər ədalət qədər böyük ola bilməz. Jozef Adddison
  • Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Siseron

Q[redaktə]

  • Qılıncın bacarmadığını ədalət bacarar. (Sultan Süleyman)
  • Qüvvətsiz ədalət və ədalətsiz qüvvət – ikisi də böyük fəlakətdir. (L. Lyus)

P[redaktə]

  • Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. [1] Lao-tszı

Y[redaktə]

  • Yaxşı olmaq asandır, ədalətli olmaq çətin. Viktor Hüqo
  • Yazılı qanunlar-ədalət keşikçiləridir. Qorqi

Z[redaktə]

  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014