Onore Mirabo

Vikisitat saytından
Jump to navigation Jump to search
Onore Mirabo

Onore Qabriel Mirabo - fransız inqilabçısı və yazıçısı.

Mündəricat

D[redaktə]

  • Dəqiq və fəal yaddaş ömrü uzadır.

G[redaktə]

  • Gecə içilən içki sabahkı gün tənbəllik və yorğunluqla üzə çıxır.

X[redaktə]

  • Xalq quduzlaşmış sürü deyil ki, onu zəncirdə saxlayasan. Azadlıqda həmişə sakit və təmkinli olan xalq onu alçaldan və təhqir edən başçının əli altına düşdükdə təlatümə gəlir, qəzəblə ona öz nifrət və həqarətini bildirir

H[redaktə]

  • Həqiqəti söyləməzdən əvvəl yaxşı-yaxşı fikirləşmək lazımdır.
  • Həyatın gözəllik və xoşbəxtliyini xalqa sevgi və xidmətdə axtarın.

İ[redaktə]

  • İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır.

Q[redaktə]

  • Qısa müddətli ayrılıq eşqin möhkəmlənməsinə, uzun sürən ayrılıq isə onun məhvinə səbəb olur.

Ö[redaktə]

  • Öz vicdanınızı öldürün, çünki o, tez bir zamanda uğur qazanmaq istəyən adamın ən qəddar düşmənidir.

S[redaktə]

  • Səbrdən danışmağı sevmirəm. Bu sözü lüğətinizdən çıxarın.