Təskinlik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqalarının bədbəxtliyinə əsaslanan təskinlik ən zəif təskinlikdir. Mark Tulli Siseron
- Bilik xoş gündə bəzəkdir - yaman gündə təskinlik. Rus atalar sözləri
- Bizim hər birimiz üçün belə bir təskinlik mövcuddur: ölüm də həyat kimi təbiidir. Orada nə olacaqsa, baxıb görərik. Artur Şopenhauer
D
[redaktə]- Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
İ
[redaktə]- İnsanlar ağılsızcasına təşvişə düşdükləri kimi ağılsızcasına da təskinlik tapırlar. Anonim
O
[redaktə]- "Okean hissi" adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini görə bilirəm. "Okean hissi"nin əsasını təşkil edən "Kainatla bir olma və onunla birləşmə" hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında yeni yollar axtarmasıdır.[1] Ziqmund Freyd