Anonim
Jump to navigation
Jump to search
- "Amma" demədən əvvəl söylədikləriniz etibarsızdır.
- Başqasının öpdüyü dodaqlarda özünə aid cümlələr axtarma.
- Bəzən 20 nəfərin eşq mesajı deyil də , 1 nəfərin "neyniyirsən?" mesajı daha xoşbəxt edər insanı..
- Bir qadın yavaş səslə danışırsa bir şey istəyir deməkdir. Səsini yüksəldirsə bilin ki, istədiyini əldə edə bilməmişdir.
- Bir az insan ol deyəcəyəm, amma səni də çətin vəziyyətə salmaq istəmirəm.
- Bu dünyada inandığım iki insan var, biri özüməm, digəri sən deyilsən.
- Eşq qapını döyəndə dərhal açma. Bəziləri zəngə basıb qaçır...
- Eyni səhvi iki dəfə etmədən həqiqətən səhv etmiş sayılmazsan.
- Əgər beynin sol tərəfi bədənin sağ tərəfini, beynin sağ tərəfi isə bədənin sol tərəfi idarə edirsə, yalnız solaxayların beyni düz işləyir deməkdir.
- Əgər mən onun kimi olmağa çalışsam, kim mənim kimi olacaq?
- Əslində ikimiz də üzsüzdük. Sən həyatından qovardın məni; getməzdim. Mən ağılımdan qovardım səni; getməzdin...
- Gedənin ardından nöqtə qoyun ki; Gələcək olanın adı böyük hərflə başlasın.
- Həyat belədi.. Kimə gəzməyi öyrətdiksə, bizi keçməyə çalışdı.
- Həyatı komediya zənn edənlər, son zarafatı yaxşı fikirləşsinlər.
- Müvəffəqiyyət sizə gəlməz, siz ona getməlisiniz.
- Sevgiliniz 15 dəqiqə gec mesaj yazdı deyə hirslənməyin, aylardır "necəsən?" mesajı gözləyənlər var.
- Uşaqkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim. Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varıymış...
- "Yaxşı ki"-lərin "kaş ki"-lərini keçsin bu həyatda. Çünki zamanı geri çevirmək üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.
- Həyat ləzzətdir, ləzzət viskidir, amma viski həyat deyil...
- Loğvalığın ədatıdır ən, çalış yararlanma ondan sən.
- Hər yerdə olsan, elə hərəkət et ki, səni əhatə edənlər sənin paklığını və düzlüyünü hiss etsinlər.
- Düşünən adamlar xoşbəxtlər ifadəsindən az istifadə edirlər.
- Ömrün sonunda ölmək – ayrılmaq deməkdir. Ömrün başlanğıcında ayrılmaq – ölmək deməkdir.
- İnsanlar ağılsızcasına təşvişə düşdükləri kimi ağılsızcasına da təskinlik tapırlar.
- Qəlb bütün xəyallarını sərf etməyincə ümidsizliyə uğramır.
- Böyük maarifçi xalqlar həyat çırağını bir-birinə verirlər.
- İstedad – öz-özünə, öz qüvvəsinə inam deməkdir.
- İş incəsənət üçün şərtdir; çətinliklərə üstün gəlmək həvəsi və imkanı istedadın xarakteridir.
- Dahilərin əsrlərdə yaşamaq kimi gözəl bir adəti var.
- Ağıl təkcə silah deməkdir, dahilik isə ilhamdır, istedaddır.
- İstedad ən mürəkkəb şeydə belə sadəlik tapır.