Dodaqlar
Görünüş
(Dodaq səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılsızın dodaqları ixtilafı, ağzı da kötəyi gətirər. Ağılsızın ağzı özünü məhv edər, dodaqları da canına tələdir. Tövrat
- Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi? Viktor Hüqo
- Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi! Kiçik İsgəndər
- Ağzından çıxan bütün hökmləri dodaqlarımla təkrarlayıram. Sevinc duyuram öyüdlərini izləyərkən, sanki mənim olur bütün xəzinələr… Dodaqlarımdan təriflər çıxsın, çünki mənə qaydalarını öyrədirsən. Dilimdə sözün tərənnümə çevrilsin, çünki bütün buyruqların doğrudur. Tövrat
- Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək. Məhəmməd
Ç
[redaktə]- Çoxlu qızılın, ləl-cəvahiratın ola bilər, amma bilikdən danışan dodaqlar daha qiymətlidir. Tövrat
D
[redaktə]- Dodaqlar kağız kimi quruyanda danışmaq çətin olur. Artur Konan Doyl
E
[redaktə]- Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub. Əli Şəriəti
- Eşq nədir, bilmirsənsə gecələrə soruş, bu sapsarı üzlərə, bu qupquru dodaqlara soruş. Mövlana Cəlaləddin Rumi
- Eşq üçün qaşları, söhbət üçün dodaqları var. Ukrayna atalar sözləri
G
[redaktə]- Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir. [1]Ziqmund Freyd
Q
[redaktə]- Qəlb nə doldursa, dodaqlardan da o tökülər.. Yohann Volfqanq Göte
- Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd - məsafəni mənfiləşdirmək - güdür. Frederik Beqbeder
M
[redaktə]- Mən o eşqi qısaca söylədim, tamamilə anlatmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm də dil. Mövlana Cəlaləddin Rumi
Ş
[redaktə]- Şeir qanı axan yaranın və ya gülümsəməyən dodaqların nəğməsidir. Cübran Xəlil Cübran
T
[redaktə]- Toyuq da yeməyin dadına baxır - dodaqları sümükdən olsa da. Fin atalar sözləri
Ü
[redaktə]- Ürək nə ilə doludursa, dodaqlardan o tökülüb gedər. Yohann Volfqanq Göte
- Ürəyiniz dodaqlarınızda olsun. İtalyan atalar sözləri
V
[redaktə]- Varlı bilmir ki, kasıbın dodaqları nə pıçıldayır. Fin atalar sözləri