Əli Şəriəti

Vikisitat saytından
Əli Şəriəti
Doğum tarixi 23 noyabr 1933
Doğum yeri Kəhək, İran
Vəfat tarixi 18 iyun 1977
Vəfat yeri Sauthempton, Birləşmiş Krallıq
Dəfn yeri Sayyidah Zaynab Mosque
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ac insana mənəviyyatdan danışmaq və böyük əxlaqi dəyərlərdən söz aşmaq hiylə və faciədir ..

B[redaktə]

  • Bir də Arxeologiya elmi var, amma bizdə daha çox arxaik(köhnəlmiş) sözlərin araşdırılması "elmi" var. Ziya Gökalp adlı birisi deyirdi ki, "Bütün mədəniyyətlər Aralıq dənizi ətrafındakı Türk irqindən doğulmuşdur, bütün insanlığın dilləri Türk dilindən yaranıb". Fars filoloqları da "Ərəbin dili yoxdur, farslar onlara danışmaq öyrətdilər" deyirdilər. Bu da bizim "alim"lərimiz(!) Beləcə özlərini və köklərini söz oyunu ilə tanımağa çalışırdılar.
  • Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır.
  • Bizim təhsillilərimiz, xüsusilə də xaricdən gələn tələbələrimiz "Mən nə hədiyyə gətirdim, xalq nə deyəcək?" düşüncəsində olmamalıdırlar. Əksinə "Dərdə dərman olacaq ən yaxşı hansı hədiyyəni götürməliyik ki, xalqa da bir faydası olsun?" deyə düşünməlidirlər. "

D[redaktə]

  • Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.

E[redaktə]

  • Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub.

Ə[redaktə]

  • Əksər insanlar ölümlərindən qabaq ölürlər. Çox az insanların hər iki ölümü bir olur.

H[redaktə]

  • Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heç nəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır.

İ[redaktə]

  • İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar.
  • İnsan olmaq bir keyfiyyətdir. Ona görə də azalıb arta da bilər... Kim daha insandırsa, onun dərdi də çox olur.

M[redaktə]

O[redaktə]

  • Oxuyun, təkrarən oxuyun. Çünki, mürəkkəbin oxumadığı yerdə qan axar.

T[redaktə]

  • Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.
  • Tənhalıq əsrin ən böyük faciəsidir.
  • Tənqid olmayan yerdə bütpərəstlik başlayır.

Z[redaktə]

  • Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.

İstinadlar[redaktə]