Keçmiş

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağrı verirsə keçmiş; keçməmiş deməkdir.. Murathan Mungan
  • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar. Əbülfəz Elçibəy

B[redaktə]

  • Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö

D[redaktə]

  • Davamlı keçmişə dönüb baxsan boynun tutular. Murathan Mungan
  • Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz. Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır. Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır. Erix Mariya Remark

E[redaktə]

  • Edilmiş şeylər üzərində danışmaq lazımsızdır, keçmiş şeyləri ayıblamaq da mənasızdır. Konfutsi

Ə[redaktə]

  • Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. Pol Oster
  • Əgər adama keçmiş haqqında söhbət açırsansa, deməli, onu keçmişə qaytarırsan. Əhəd Hüseynov

G[redaktə]

  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
  • Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil. Ömər Xəyyam

H[redaktə]

  • Heç bir eşqin ardından "keçmiş olsun" deyilməz. Çünki həqiqətən eşqsə, zatən keçməz. Camal Sürəya
  • Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz. Erix Mariya Remark
  • Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz. Oskar Uayld

İ[redaktə]

  • İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır. Əbu Turxan

K[redaktə]

  • Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. Uilyam Şekspir
  • Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. Uilyam Şekspir
  • Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən. Ernest Heminquey
  • Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir. Cəvahirləl Nehru
  • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. Əbu Turxan
  • Keçmiş, indiki və gələcək arasındakı fərq israrlı bir şey olsa da, sadəcə bir xəyaldır. Albert Eynşteyn
  • Keçmiş indinin virtual məkanıdır. Tur Xander
  • Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə. Ömər Xəyyam
  • Keçmiş və bu gün bizim üçün vasitədir, yalnız gələcək bizim məqsədimizdir. Blez Paskal
  • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. Tur Xander
  • "Keçmiş" yaşadıqlarınız hələ də canınızı yandıra bilirsə, "keçməmiş" deməkdir. Can Dündar
  • Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.Albert Eynşteyn
  • Keçmişə aid olan mən deyiləm. Keçmiş mənə aiddir. Meri Antin
  • Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür. Maksim Qorki
  • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. Əbu Turxan
  • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. Əbu Turxan
  • Keçmişin bizə gözəl görünməsinə səbəb onun gəlib-keçmiş olmasıdır. Oskar Uayld
  • Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. Barış Manço

M[redaktə]

  • Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Rene Dekart

S[redaktə]

  • Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. Andre Morua
  • Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir. Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun! Paulo Koelyo

T[redaktə]

  • Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. Tur Xander
  • Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi keçmiş işığını tapacaqdı. Feldmarşal von Moltke

Y[redaktə]

  • Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. Rene Dekart