Cəvahirləl Nehru

Cəvahirləl Nehru - Hindistanın dövlət xadimi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Birləşmiş Millətlər Təşkilatı ilkin davranış xəttindən kənara çıxdı və dolayı yolla yeni müstəmləkəçiliyin tərəfdarına çevrildi. Onun üzvləri sülhə nail olmaq və qorumaq üçün bir təşkilat olmaq əvəzinə, BMT-yə müharibəni dəstəkləyən bir qurum kimi baxmağa başladılar.
- Biz gözəllik, cazibədarlıq və macəra ilə dolu gözəl bir dünyada yaşayırıq. Gözümüz açıq axtarsaq, yaşaya biləcəyimiz macəraların sonu yoxdur.
- BMT, bir çox zəif cəhətlərinə baxmayaraq, ümid və sülh toxumunu ehtiva edən böyük bir dünya təşkilatıdır. BMT-ni dağıtmağa cəhd edən millət azğın olardı.
Ç[redaktə]
- Çoxumuz nadir hallarda düşünməkdən əziyyət çəkirik. Bu, əziyyətli və yorucu bir prosesdir və tez-tez xoşagəlməz nəticələrə gətirib çıxarır. Ancaq böhranlar və çıxılmaz vəziyyətlər baş verəndə ən azı bu üstünlüyə malikdir ki, bizi düşünməyə məcbur edir.
D[redaktə]
- Dünyada ən təhlükəsiz sığınacaq insan düşüncəsidir.
Ə[redaktə]
- Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.
F[redaktə]
- Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır.
G[redaktə]
- Gözümüz açıq axtarsaq, əldə edə biləcəyimiz sərgüzəştlərin sonu yoxdur.
H[redaktə]
- "Hər hansı bir polyak və ya isveçli Hindistanı bölüşəcəkmi?" - Pəncab və Benqalın Hindistan və Pakistan arasında bölüşdürülməsi və BMT-nin vasitəçi olması imkanları haqqında; Der Spiegel: Xalqlarımız dəli olub, 24 avqust 1987-ci il.
- Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.
K[redaktə]
- Katoliklər XII-XIII əsrləri, başqalarının "qaranlıq dövrü" adlandırdıqları dövrü müqəddəslərin çiçəkləndiyi, xristian hökmdarlarının səlib yürüşlərində döyüşmək üçün dənizə çıxdığı və qotik kilsələrin tikildiyi Xristianlığın qızıl dövrü hesab edirlər. Bu, onların fikrincə, “əsl xristian demokratiyası" dövrü idi ki, o zamanlar orta əsr gildiyalarının nəzarəti altında həmişəkindən daha dolğun şəkildə əldə edilmişdi.
- Keçmiş həmişə bizimlədir və olduğumuz hər şey, sahib olduğumuz hər şey keçmişdən gəlir. Biz onun yaradıcısıyıq və ona qərq olmuş halda yaşayırıq. Bunu anlamamaq və keçmişi hiss etməmək indikini dərk etməmək deməkdir.
M[redaktə]
- Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.
Ö[redaktə]
- Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.
Ş[redaktə]
- Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.
T[redaktə]
- Təhlükədən qaçan adam yerində oturmuş adamla müqayisədə təhlükəylə daha çox üzləşir.
U[redaktə]
- Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.