Məzmuna keç

Murathan Mungan

Murathan Mungan
Doğum tarixi 21 aprel 1955
Doğum yeri İstanbul
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Murathan Mungan (21 aprel 1955, İstanbul, Türkiyə) – Türk yazıçısı və şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağrı verirsə keçmiş; keçməmiş deməkdir..
  • Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam.
  • Batan insanların yüksələn dəyərlərindən uzaq dururam.
  • Bəzən ona bir şeylər yazarsan, yazar silərsən.. yazar silərsən.. O heç birini oxumamış olur, amma sən hamısını söyləmiş olursan.
  • Bəzi insanlar palıd ağacı kimidir, əyilmir, sadəcə qırılır.
  • Bəzi gecələrin səhəri yoxdur, yalnız qaranlıq olaraq qalarlar.
  • Bəzi ümidlər başqa zamanlarındır…
  • Bilmirəm ki; qarşılaşsaq belə xatırlaya bilərikmi bir-birimizi yenidən? İkimiz də artıq bir başqasıykən.
  • Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə bütün həyatını danışmaq istəyərsən..
  • Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.
  • Birini sevmək; Aldanmağı, ağlamağı, hətta tək qalmağı gözə almaq deməkdir.
  • Biz böyüdük; və kirləndi dünya.
  • Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan.
  • Davamlı keçmişə dönüb baxsan boynun tutular.
  • Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər.
  • Eşqin bir yolu vardır, hər yaşda başqa cür keçilən. Eşqin bir yolu vardır, hər yaşda bir az geçikilən.
  • Göydə axtararkən yerdə tapdığım olmadı heç. Amma yerdə tapıb da göylərə çıxarmışlığım çoxdur.
  • Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən.
  • Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq.
  • Gümüşə sahib olmayanlar gümüşün qaraldığını bilmirlər. Onlar həmişə gümüşün ay kimi parlaq olduğunu düşünürlər.
  • Hamımız varlığımız üçün bir məna axtarırıq. Qundaqla kəfən arasındakı şeyə həyat deyil, ömür deyilir. Biz həyatı bir az özümüz qururuq.
  • "Heç kim mənim qədər sevmədi!' deyə qışqırırdı bir adam. Gözlərin gəldi ağılıma.. Gülümsədim, keçdim…
  • Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir.
  • İndi bir mövsüm yox, böyük bir həyat girdi aramıza. Bilirəm nə sən dönə bilərsən artıq, nə də mən qapını aça bilərəm sənə.
  • İnsan nə yaşayırsa yaşasın, sonda hər şey qürub kimi görünür.
  • İzah edə bilsəm səndə nələr gördüyümü heç kim inanmaz, xəyal deyərdi. Bilsələr səndə nələr gördüyümü illərcə xəyal görmək istiyərlərdi.
  • Kimdi gedən, kimdi qalan? Əslində gedən deyil, qalandır tərk edən, gedən də buna görə getmişdir zatən.
  • Qırılmış bir stəkandan ətrafa saçılmış şüşə parçasıyamsa, üstümə basmağa çalışanların ayaqlarını qanatmaq məcburiyyətindəyəm.
  • Sən bildiyim kimi qalmadın, amma mən unutduğun kimiyəm hələ.
  • Səninlə aramızda bir şey varsa əgər, o da məsafədir artıq.
  • Təqvim hər kəs üçün eyni olsa da, zaman hər kəsin içində başqa cür ilərləyir.
  • Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi…

İstinadlar

[redaktə]