Maksim Qorki
Jump to navigation
Jump to search
A[redaktə]
- Ağlın az olsun, amma özününki olsun.
- Aldanma deyə bir şey yoxdur! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar.
- Ana olmasa nə şair olar, nə qəhrəman.
B[redaktə]
- "Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə.
- Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir.
- Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır.
- Biz həmişə insanlardan şikayətlənirik. Özümüz də insanıq. Demək bizdən də şikayətlənə bilərlər.
- Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.
- Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.
- Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm.
D[redaktə]
- Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm.
- Dünyada ən yaxşı ləzzət və böyük fərəh-özünün başqasına lazım olduğunu hiss etməkdir.
- Dünyada insan olmaq ən şərəfli vəzifədir.
- Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir.
Ə[redaktə]
- Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.
- Əmək və bilik, "ikinci təbiət" yaradır. Bu isə sözün dəqiq əsil mənasında mədəniyyətdir.
G[redaktə]
- Gözəl şeyi hamı görməlidir, yalnız o zaman gözəl şey yaşayır.
- Gün- bu ən qısa həyatdır, o günü elə yaşamaq lazımdır ki sanki sonuncu günüdür.
H[redaktə]
- Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.
- Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır.
- Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
- Həyatda dəyərli heç nə yoxdur: təbii ki, həyatın özünü hesaba almasaq.
- Həyatda hədəflərə çatmaq üçün daim güclü olmalıyıq.
- Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.
X[redaktə]
- Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.
İ[redaktə]
- İnam-ən qüdrətli yaradıcı qüvvədir.
- İnsan kəsrə bənzəyir - məxrəcdə özü haqqında düşündüyü, surətdə əslində olduğudur. Məxrəc böyük olduqca, surət bir o qədər kiçikdir.
- İnsan sözü iftixarla səslənir.
- İnsan - yer üzünün zinətidir.
- İnsanda yaxşı nə varsa, günəşin şüalarında və anasının südündədir -bizdə həyat məhəbbətini doğuran budur.
- İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir.
- İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir.
K[redaktə]
- Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.
- Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.
- Kitab bilik mənbəyidir .
- Kitab insan ruhunun müqəddəs yazısıdır.
- Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir.
- Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq.
- Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.
Q[redaktə]
- Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.
M[redaktə]
- Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.
- Məhəbbətsiz həyat həyat deyildir - mövcud olmaqdır.
- Mən məsəllərdən, daha doğrusu, aforizmlərlə düşünməkdən çox öyrənmişəm.
- Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.
N[redaktə]
- Namuslu adam heç kəsə paxıllıq etmir.
- Nə qədər çox bilsən, bir o qədər güclü olarsan.
Ö[redaktə]
- Övladları tərbiyə etməyi bacarmaq istedad və geniş həyat təcrübəsi tələb edən böyük dövlət işidir.
- Özün inanmadığın şeyi başqasına təklif etmə.
S[redaktə]
- Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir.
- Sevmək yaşamaq istəyidir.
- Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!..
- Susuz çiçək açmaz, sevgisiz də xoşbəxtlik yoxdur.
Ş[redaktə]
- Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır.
U[redaktə]
- Uşaqlar torpağın canlı çiçəkləridir.
Y[redaktə]
- Yalan - qulların və ağaların dinidir, həqiqət isə azad insanın allahıdır.
- Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır.
- Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər.
- Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır yazıçının yalnız bir müəllimi var - onun oxucuları.
Z[redaktə]
- Zaman-sakit həyatı sevən insanların düşmənidir.