Sadiq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol. Deyl Karnegi
- Arpa-buğda bir gününə yarar, sadiq dost - ölüncə. Özbək atalar sözləri
B[redaktə]
- Bir-birinə sadiq olmaq və kömək etməyə çalışmaq… Əsas olan bax budur! Haruki Murakami
- Bir kişi qadına vurulsa, onun üçün hər şeyi edər, bircə sevgisinə sadiq qalmaz. Oskar Uayld
- Bu dünyadakı ən çətin iş, Öz-özünə sadiq qalmaqdır... Fyodor Dostoyevski
C[redaktə]
- Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları. Məhəmməd Füzuli
D[redaktə]
- Demək olar ki, hər bir qadın sadiqliyini saxlamaq istəyir, yeganə çətinlik sadiq ola biləcək bir kişini tapmaqdır. Marlen Ditrix
- Dostluqda və sevgidə sadiq ol: digər tələbləri yerinə yetirməyə də bilərsən. Vasili Rozanov
Ə[redaktə]
- Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim.[1] Anatoli Banişevski
- Əgər sadiq dost tapa bilmirsənsə, özün öz dostun ol. Pifaqor
G[redaktə]
- Gələcəyə sadiq olan və onun gözəl olması üçün həyatını qurban verən hər kəs mərmərdən yonulmuş heykələ bənzəyir. Yulius Fuçik
- Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Füyuzat jurnalı
H[redaktə]
- Həyat nə qədər gözəl olardı; insan həm "aşiq", həm də "sadiq" olmağı bacara bilsəydi. Can Dündar
X[redaktə]
- Xain adamları əfv etmək sadiq adamları öldürmək deməkdir. Kəlilə və Dimnə
İ[redaktə]
- İnqilab hərəkatina 82 adamla başladım. Əgər bunu təkrar etmək məcburiyyətində qalsaydım yanıma 10 ya da 15 sadiq insan alardım. Əgər sadiq isəniz və hərəkət planınız varsa nə qədər kiçik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Fidel Kastro
- İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu. Bencamin Franklin
K[redaktə]
- Kim yüksək əxlaqi dəyərlərə görə sevibsə, o, bütün ömrü boyu sadiq qalır. Platon
- Kitabı ürəkdən sevin! O, nəinki sizin yaxşı dostunuz, həm də sadiq yoldaşınızdır. Mixail Şoloxov
M[redaktə]
- “Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və necə? Redyard Kiplinq
S[redaktə]
- Sadiq dost — nadir quşdur. Latın atalar sözləri
- Sadiq dostları olmayan yalqızdır. Frensis Bekon
- Sadiq dostu iki əllə tutun. Nigeriya atalar sözləri
- Susmaq insanı ələ verməyən sadiq bir dostdur. Konfutsi
Y[redaktə]
- Yaxşı kitab sadiq dostdur. Türk atalar sözləri
- Yeganə sadiq dost olmağa cəhd göstərmək böyük səhvdir. Jül Renar