Çanakya/Hökmdar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı bir məsləhətdən məhrum olan hökmdar ətrafına müdrikləri toplamalı və onlardan məsləhət almalıdır. Bu, rifaha çatmağın yeganə yoludur.
- Alaq otları ağacı əhatə etdiyi kimi, xiidmətçilər də hökmdarı, kişilər də həmişə qadınları əhatə edəcəkdir. Buna şübhə yoxdur.
- Alçaq insanlardan, eləcə də hökmdarlardan və onların təminatında olanlardan, keçmiş əməllərini nəzərə almaqla düşmənlərdən ehtiyat etmək lazımdır.
- Allah hökmdarı dilənçi, dilənçini hökmdar, yoxsulu varlı,varlını isə yoxsul etməyə qadirdir.
- Altı şey bədəni atəşsiz yandırır: pis bir kənddə yaşamaq, pis bir hökmdara qulluq etmək, keyfiyyətsiz yemək, əsəbi arvad, axmaq oğul və dul qız.
- Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır.
B
[redaktə]- Bağban kökləri zədələmədən çiçəyi kəsdiyi kimi, hökmdar da mənbəyini müflis etmədən pul toplayır.
- Bal arısı çiçəklərdən balı tədricən topladığı kimi, hökmdar da vətəndaşlarından vergi yığaraq xəzinəni tədricən doldurmalıdır.
- Beş şey bədəni atəşsiz yandırır: pis bir hökmdara xidmət, ödənilməmiş borclar, insanlara hörmətsizlik, sevilən birindən ayrılmaq, yoxsulluq üzündən üz döndərən dostlar.
- Bəzən bütün zəruri keyfiyyətlərə malik olmalarına baxmayaraq, hökmdarlar torpaqlarını axmaqlıq üzündən deyil, həqiqətə daha yaxın olmaq üçün tərk edirlər.
- Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm.
- Bir çox hökmdarlar altı düşmənin qurbanı olmuşlar: şəhvətin, qəzəbin, tamahkarlığın, vasvasılığın, təkəbbürün və həsəd aparmanın. Güclü bir xarakterə sahib olanlar, onların izi ilə getməməli, ancaq salehliyi və zənginliyi qorumalıdırlar.
- Bir hökmdar heç vaxt adi bir vətəndaş kimi qəbul edilməməlidir. Adi vətəndaşlar, əksinə bir-birlərinə hökmdar kimi münasibət göstərməlidirlər. Hökmdar bütün təbələrinə güclü təsir göstərir, onları ya fəzilətə, ya da pisliyə təhdid edir.
- Bir hökmdarın və qulluqçunun yaxşı keyfiyyəti xəzinəni və anbarları doldurmaqdan ibarətdir.
- Bir quldur bir ölkəyə, pis qadın və pis oğul ailəyə zərər verdiyi kimi, pis nazir də hökmdara zərər verir.
- Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar.
- Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır.
- Böyük və saleh kişilərin yığıncağı, ədalətli hökmdar, dindar qadın-bütün bunlar hər kəsin əsl sərvətidir.
C
[redaktə]- Cahilliyə tutulmuş hökmdar yaxşını pisdən seçə bilmədən hərəkət edir. O inadkar olur və pis insanlar tərəfindən idarə olunur.
Ç
[redaktə]- Çox sərt cəzalandıran hökmdar cəmiyyətdə qarışıqlıq yaradır.
- Çox vaxt qəzəbə düçar olmuş hökmdarlar öz tabeçiliyində olanların qəzəbinə tuş gəlib məhv olurlar. Cismani ləzzətlərə aludə olanlar düşmənlərin əlindən, pisliklərin və deqradasiyadan irəli gələn xəstəliklərdən məhv olurlar.
D
[redaktə]- Doğru yolla gedən hökmdar, düşmənlərin hücumundan qorxmayan Allahın qulu kimidir. Çünki, Rəbbin Özü onu qoruyur.
- Dövlət sirrinin açılması bütün ölkənin rifahına, hökmdarına və onun köməkçilərinə zərər verir.
- Dövləti arı pətəyi ilə müqayisə etmək olar, amma arıları öldürmək olmaz. Hökmdar öz torpaqlarını qorumalı və əhalidən də gəlir götürməlidir.
- Döyüşdə qələbə qazansa belə, zəifləmiş orduya və tükənmiş xəzinəyə malik hökmdar məğlub sayılır.
- Düşmənlər hökmdarlar tərəfindən məhv edilməlidir. Fərq etməz: silah, güzəşt, mübahisə və ya istila ilə.
Ə
[redaktə]- Əgər ana zəhər təklif edərsə, ata oğlunu satarsa, hökmdar isə əlimdə olanları alarsa, o zaman məni kim müdafiə edə bilər?
- Əgər bir hökmdar saleh bir həyat tərzi sürərsə, onun dövlətində yaşayan insanlar da saleh olacaqlar; əgər o, günah etsə, təbələri də günah işlədəcəklər. Hökmdar və onun təbələri bir-birinə bağlıdır.
- Əgər hökmdar ianə vermək lazım gələndə ianə vermirsə və əksinə, ianə qəbul etmək lazım olmayanda ianə qəbul edirsə, onun bu və digər hərəkətləri cəmiyyətdə narazılıq doğurur.
- Əgər hökmdar, onun nazirləri və kahinləri oğrudurlarsa, o zaman mən nə etməliyəm? Müdafiə olduğu yerdə qorxu yeri var.
- Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir?
- Əlçatmaz hökmdarlar insanları qıcıqlandırır.
- Əlçatan hökmdarlar insanları sakitləşdirir.
- Əməli-saleh adamı var-dövlət, alimi təcrübə, hökmdarı xeyirxahlıq, evi isə yaxşı arvad qoruyar.
- Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir.
- Əsl dost, xəstəlikdə, bədbəxtlikdə, aclıqda, düşmənlərin hücumunda, hökmdarın taxtında və dəfn mərasimində yanınızda olan insandır.
- Əsl mükafat və cəza verməklə silahlanmış hökmdarlar insanların əzab-əziyyətini yüngülləşdirir və onları qoruyub saxlayır, bütün zəruri şeylərlə təmin edir.
- Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar.
- Əvvəlcə ticarət və əkinçilik, sonra atçılıq, sonra alğı-satqı və yalnız bundan sonra hökmdara xidmət etmək.
- Əyləncələrə qapılan, lovğa, svitası və sərvəti ilə öyünən hökmdar çox tezliklə öz düşmənlərinin qurbanı olacaq.
F
[redaktə]- Fənnin öyrənilməsi nəticəsində alınmış təhsili təcrübədə möhkəmləndirmək lazımdır. Vəziyyətindən asılı olmayaraq, hökmdardan şübhələnmək lazımdır. Yanınızda olan qızı bəlalardan qorumaq lazımdır. Təhsilə, hökmdara və gənc qıza bağlılıq keçicidir.
G
[redaktə]- Gecələr gəzmək zəhərdir. Avaraçılıq hökmdar üçün zəhərdir. Ürəyini başqasına vermiş qadın kişi üçün zəhərdir, aşkar olunmayan xəstəlik orqanizm üçün zəhərdir.
- Gizlənmiş ilan zəhər buraxıb ona yaxınlaşan hər kəsi sancdığı kimi, hökmdar da təhlükə gözlədiyi adamın üzərinə qəzəb zəhərini tökməlidir.
- Göydən yağan yağış saf su olduğu kimi, ismətli qadın da, vətəndaşlarının rifahı üçün çalışan hökmdar da safdır.
H
[redaktə]- Hakimiyyət, hökmdarı zənginliklərlə birləşdirir. Hakimiyyət orqanlarının olmaması, nazirlərin olmamasını göstərir. Əlində hakimiyyət olan hökmdar, müdrik hökmdarı nəzərdə tutur.
- Hakimiyyət və təhsil tamamilə müxtəlif şeylərdir. Hökmdara öz ölkəsində, alimə isə hər yerdə hörmət edirlər.
- Heç bir səbəb olmadan xidmətçilərinə qəzəblənən hökmdar özünü zəhərləyir (özünə intiqam hissi yaradır) və onu qara kobra sancacaq.
- Heç kim hökmdarın sirlərinə bələd olmamalı, əksinə, hökmdarın özü başqalarının sirlərini öytənməyə səy göstərməlidir. Tısbağa ayaqlarını çanağının içində gizlətdiyi kimi, hökmdar da sirlərini başqalarından gizlətməlidir.
- Heç kim Yaradandan daha müdrik ola bilməz. Qızılın qoxusu, şəkər qamışının meyvəsi, səndəl ağacının çiçəyi, alimin var-dövləti olmur, hökmdar isə uzun müddət yaşamır.
- Həqiqətə, şahidlərin ifadələrinə, insanların səsinə və qanuna söykənən düzgün qərar belə, hökmdarın fərmanından üstün ola bilməz.
- Hər cür insanların yaşadığı torpaqları fəth edən hökmdar, ölkəsini qanunun tələblərinə uyğun idarə etməklə qələbəsinin bəhrələrindən zövq almalıdır.
- Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla.
- Hislərinə hakim olan, dindar, tərki-dünya insanlara hörmət edən və öz təbəələrinin rifahına can atan hökmdar onlara layiqli müdafiə göstərməyə qadirdir.
- Hökmdar agentlərin gözü ilə ölkəsinin hər hansı bir kəndində baş verən hər şeyi görür.
- Hökmdar barışığı altı ay və ya bir il müddətinə bağlamalıdır. Bu müddət düşmənin gücünü bilməyə və onu məğlub etməyə kifayət edər.
- Hökmdar başqaları ilə münasibətdə müdrik, mehriban, qüsursuz olmalı, insanları məsafədə saxlamalı, özünü qurban verməli, eləcə də ağrılara, həzzlərə dözməlidir.
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq.
- Hökmdar bütün işləri tez həll etməli və onları təxirə salmamalıdır. Vaxtında həll edilməmiş və uzun müddətə təxirə salınmış problemi həll etmək çox çətindir.
- Hökmdar cəza ilə, od istisi ilə, günəş şüaları, brahman isə tövbəsi ilə yandırır.
- Hökmdar cinayətə uyğun cəza seçdikdə, bütün insanlar xoşbəxt yaşayır, hər biri öz vəziyyətində statusuna uyğun təyin edilmiş vəzifələri yerinə yetirir.
- Hökmdar ən vacib beş keyfiyyətə malik olmalıdır: o, əziyyət çəkənləri xilas etmək üçün var-dövlətindən imtina etməyə, fəzilətləri sevməyə, dostları, qohumları ilə ünsiyyətdən zövq almağa, təhsilə səy göstərməyə və bacarıqlı döyüşçü olmağa hər an hazır olmalıdır.
- Hökmdar fırıldaqçılardan, şərəfsizlərdən, qəddarlardan, təcrübəsiz, savadsız və qorxaq adamlardan uzaq durmalıdır.
- Hökmdar həzz almaqdan, nəşələnməkdən uzaq olmalıdır. Bu qüsurlara aludə olanlar mütləq düşmən tələsinə düşəcəklər.
- Hökmdar İndra (mükafat paylayan) və Yama (cəza ölçüsü) kimidir. Beləliklə, hökmdarlar bağışlayan və cəzalandıran Allahı yer üzündə təcəssüm etdirən varlıqlara çevrilirlər. Onların iradəsinə qarşı çıxanlar tanrılar tərəfindən cəzalandırılacaqlar.
- Hökmdar işgüzar formada olması üçün yorulmadan fiziki işlə məşğul olmalıdır. Yalnız belə olan halda o, tabeçilyində olanların rəğbətini qazana bilər.
- Hökmdar kiçik təhqirlərə səbirlə dözməli, xəzinəyə daxil olan kiçik bir vəsaitdən razı qalmalıdır.
- Hökmdar kimi zəngin, təhsilli, maariflənmiş, səltənətin yarısını ələ keçirmiş saray əhlindən yaxa qurtara bilməyən hökmdar məhkumdur.
- Hökmdar layiqli metodlarla sərvət toplamalı, eyni zamanda nəcib ziyalıları da mükafatlandırmalıdır.
- Hökmdar nə əmr etsə, o yerinə yetirilməlidir.
- Hökmdar o insandır ki, o, yetimləri qoruyur, qaçqınlara sığınacaq verir, bədbəxtliyə düçar olanlara kömək durur, qorxu içində olanları qoruyur, özünə inamı olmayanlara kömək edir, hamının dostu, qohumu, himayədarı, xeyirxahı, müəllimi, atası, anası və qardaşı olur.
- Hökmdar-ölkənin, ay-ulduzlu səmanın, ər- arvadın, savad isə hər kəsin bəzəyidir.
- Hökmdar ölkəsini həqiqətə və salehlik prinsiplərinə sadiq qalaraq idarə etməlidir. O, düşmənlərin hücumlarını dəf etməli, arvadını sevən ər kimi öz ərazisini qorumalıdır.
- Hökmdar ölkəsini həqiqətləri və salehlik prinsiplərini rəhbər tutaraq, düşməni məğlub edərək, ərazisini xarici təcavüzlərdən qoruyaraq idarə etməlidir.
- Hökmdar öz millətinin məişətinə başqa xalqlardan götürdüyü yaxşı ənənələri daxil etməli, öz ölkəsində yayılmış pisliklərin kökünü kəsməlidir.
- Hökmdar pis insanlardan uzaq durmalı, yaxşı insanlarla oturub-durmalı, onlarla dost olmalı və müxtəlif mövzuları müzakirə etməlidir.
- Hökmdar salehliyin və zənginliyin əsaslarını sarsıtmamalıdır.
- Hökmdar səbəb və dəlil olmadan qulluqçlarını incitməməli, təhqir etməməli, əksinə onların qayğısına qalmalıdır.
- Hökmdar sərvət, birələr xəstə heyvan, alçaqlar dava üçün səbəb, yaxşı insanlar isə sülh axtarır.
- Hökmdar siyasi elmi, kamandan ox atmağı, sevgi elmini, rəqsləri, hesabdarlığı, musiqini, riyaziyyatı, təsviri incəsənəti səylə öyrənməlidir.
- Hökmdar tənbəl, boş danışan, axmaq, qəddar, pis, inadkar, məyus və laqeyd bir qulunu qovmalıdır.
- Hökmdar uşaq olsa, yaxud özünü adi adam kimi aparsa belə, ona nifrət etmək lazım deyil.
- Hökmdar vətəndaşlar üçün müəyyən davranış normaları müəyyən etməli, həmçinin vətəndaşların təhlükəsizliyi və daxili dayaqlarının qayğısına qalacaq müşavirləri və nazirləri təyin etməlidir.
- Hökmdar yalnız bir dəfə əmr verir, alim yalnız bir dəfə danışır, qız yalnız bir dəfə ərə gedə bilər.Bütün bunlar yalnız bir dəfə baş verə bilər.
- Hökmdar zəiflərə, yetimlərə, gənclərə, qocalara, asketlərə, həmçinin aldanıb incidənlərə dayaq olmalıdır.
- Hökmdar, zəiflərin gücü, körpənin ağlaması, axmağın susması və oğrunun aldatmasıdır.
- Hökmdara, eləcə də müəllimə, ataya, böyük qardaşa və qohumlara xoş münasibət qızmar günəşdəki kölgəni xatırladır. Bu nadir hallarda olur.
- Hökmdara nifrət məhvə, başqalarına nifrət sərvətin, müdriklərə nifrət isə ailənin itirilməsinə səbəb olur.
- Hökmdarı narahat edə biləcək sözlər demək lazım deyil.
- Hökmdarı, şiri, ilanı, donuzu, körpəni, yava iti və axmağı oyatmaq lazım deyil.
- Hökmdarın ailə üzvlərinə, qadınlara, dırnaqlı, yaxud buynuzlu heyvanlara, axan çaya, eləcə də silahlı insanlara güvənmək olmaz.
- Hökmdarın aşağıda göstərilən hərəkətləri ucbatından cəmiyyətdə yoxsullaşma gedir, tamahkarlıq artır və narazılıq yaranır:
- Günahkarları cəzalandırmır, günahsızları isə çox sərt şəkildə cəzalandırır.
- Tabe olmayanları həbs edir, cinayətkarları isə azadlığa buraxır.
- Doğruluq prinsiplərinə riayət edilməsinə mane olur.
- Doğru olmayan əməlləri və doğru hərəkətlərdən uzaqlaşmağı mükafatlandırır.
- Qəbahətli hərəkətlər edir, doğru yoldan yayınır.
- Cəmiyyətin liderlərinə zərər verir və hörmətli insanları alçaldır.
- Yaşlı nəsildən uzaqlaşır.
- Görülüb qurtarılan və birgə qərarın qəbul edildiyi işlərə görə haqq ödəmir.
- İşlərdə əvvəlcədən uğursuzluğa məhkum edilmiş yanaşmanı əsas götürür və uğur qazanmağın düzgün üsullarını rədd edir.
- İnsanları soyğunçulardan müdafiə etmir, həmçinin öz vətəndaşlarının hesabına zənginləşir.
- Cəsarətli hərəkətlərdən yayınır və yaxşı işi qiymətləndirmir.
- Yaxşı insanlara lazımi hörmət göstərmir və pisləri mükafatlandırır.
- Dəhşətli, haqsız əməllər edir.
- Yaxşı və ənənəvi əməllərə məhəl qoymur, ədalətsiz, alçaq və tamahkar insanları mükafatlandırır.
- Hökmdarın öz vəzifəsinə etinasız yanaşması və tənbəlliyi ucbatından cəmiyyət əmin-amanlıqdan və rifahdan məhrum ola bilər.
- Hökmdarın beş əsas vəzifəsi var: pisniyyətliləri cəzalandırmaq, yaxşıları mükafatlandırmaq, ölkəni layiqli metodlarla zənginləşdirmək, qərəzsizliyə əsaslanan iltifatlı münasibət və dövləti qorumaq.
- Hökmdarın bütün hərəkətləri hakimiyyətlə bağlıdır.
- Hökmdarın dostluğunu, qarğaların təmizliyini, qumar oyununda dürüstlüyü, ilanın bağışlamasını, bir qadının sevgisindən razı qalmasını, qorxağın qorxmazlığını, sərxoşun əzəmətli gücünü görən oldumu?
- Hökmdarın, eləcə də Allahın, müəllimin, münəccimin və həkimin hüzuruna əliboş getmək lazım deyil. Hədiyyələr vaxtında öz bəhrəsini verəcək.
- Hökmdarın elçisi bacarıqlı, gözəl danışan, müdrik, insanları yaxşı tanıyan, cəsur və həssas olmalıdır.
- Hökmdarın əmrləri dərhal yerinə yetirilmədir..
- Hökmdarın fərmanları onun himayəsindəkilərin rifahına səbəb olmalıdır.
- Hökmdarın gəlirləri qarışqa yuvası, arı pətəyi və ya təzə aydan sonrakı ay kimi tədricən artır.
- Hökmdarın gücü fillərlə, döyüş arabaları ilə ölçülür. Sülh dövründə hökmdar onları brahmanalara verir, döyüş vaxtı gələndə isə geri alır.
- Hökmdarın gücü qorxmaz döyüşçülərdə, brahmanın gücü Allah haqqında elmi bilməkdə, qadının gücü isə gözəlliyində və təravətindədir.
- Hökmdarın hərəkətləri aşkar, qeyri-aşkar və transsendent əməllərə əsaslanır.
- Hökmdarın qapıçısı onun işarələrini başa düşməli, güclü və qüsursuz görünməməli, qayğısız və qeyri-ciddi olmamalıdır.
- Hökmdarın sinif yoldaşları birlikdə oxuduqları sadə səbəbə görə ona heç vaxt hörmət etməyəcəklər. (Onları nazir təyin etmək lazım deyil).
- Hökmdarın sirr verdiyi bütün insanlar ondan asılı olacaq və tamamilə köməksiz qalacaqlar.
- Hökmdarına qulluq etmək, bərabər insanlar arasındakı sevgi, tacirlərin işləri və evdə yaxşı bir həyat yoldaşı-bütün bunların hamısı fəzilətlərdir.
- Hökmdarla bənzər bir təbiətə malik olanlar, bir çox cəhətdən ona bənzəyir və öz qüsurları və vərdişləri ilə onu təhqir etməkdən qorxmurlar. Çünki, onun özü bu qüsurlara məruz qalır.
- Hökmdarla pis münasibət və ya ona hörmətsizliyin ifadəsi silahsız qətldən başqa bir şey deyildir. Qısa bir yuxu bir qadını öldürür.
- Hökmdarlar agentlərin, inəklər burunlarının, brəhmənlər müqəddəs yazıların ,yerdə qalanlar isə adi üsulun köməyi ilə görürlər.
- Hökmdarlar da ilanlar kimidir: hamısının klobuku (ucu şiş rahib papağı) var, onlar da həzz almağı və başqalarından gizlənməyi sevirlər, onlar da qəddar və hiyləgərdirlər, lakin məsləhətçilərin təsiri altına düşürlər (ilanların bir mantranın səslərinə heyran olduğu kimi).
- Hökmdarlar ədalətin, alimlər biliyin, brəhmənlər müqəddəs yazıların gözü ilə, yerdə qalanlar isə adi üsulla baxmağı öyrənməlidirlər.
- Hökmdarlar əvvəlcə tabeçiliyində olanların hansı bacarığa sahib olduğunu öyrənməli, vəzifələrini isə sonra təyin etməlidir.
- Hökmdarlar hərtərəfli inkişaf etmiş insanların cəmiyyətini axtarmalıdır.Çünki kifayət qədər təcrübə olmadan, heç bir təşəbbüsdə uğur qazanmaq mümkün deyil.
- Hökmdarlar nəcib insanları öz yanlarında yalnız bir məqsəd üçün saxlayırlar: bu cür insanlar hakimiyyətin nə əvvəlində, nə ortasında, nə də axırında hökmdara xəyanət etmirlər.
- Hökmdarlar ona görə torpaq istəyirlər ki, onun bütün göstərişlərinə sözsüz əməl edilsin.
- Hökmdarlar-salehliyin, brahmanlar tövbənin dayağıdır. Biliyə qiymət verilən yerdə salehlik əbədidir.
- Hökmdarları olmayan ölkələr kimi, çoxlu hökmdarları olan, qadınların, yaxud uşaqların idarə etdiyi ölkələr də məhkum edilmişdir.
- Hökmdarlarla dostluq etmək olmaz. Hər ilan zəhərlidir. Heç bir ailə, qızı doğulduğu təqdirdə, ləkəsiz bir nüfuza sahib ola bilməz
X
[redaktə]- Xəzinəsi boş olan hökmdar tezliklə şəhərlərdə, kəndlərdə öz vətəndaşlarının evlərini viran qoyacaq.
- Xəzinədən oğurluq etməkdə şübhəli bilinən hər kəs hökmdarı qarət etmiş kimi qəbul edilməlidir.
İ
[redaktə]- İanələrə meyilli olmayan hökmdar, kobud xidmətçilər, sadiq olmayan dostlar və abırsız arvad - bu dörd nizə ölümcül ağrıyla istənilənin ürəyini deşəcək.
- İnəyi düzgün bəsləyəndə o sizə süd verər. Bunun üçün inəyi satmaq lazım deyil. Hökmdar da bu cür hərəkət etməlidir. İnəyi öldürüb süd ala bilməzsən. Hökmdar da ağacları məhv etmədən bəhrəsini görməlidir.
- İnsanın beş anası var: hökmdar arvadı, müəllim arvadı, dost arvadı, arvadın anası və öz anası.
- İnsanlar hökmdarı ataları kimi qəbul edirlər.
- İnsanlar yalnız öz əməllərində ağıllı, ədalətli hökmdarın tərəfini saxlayırlar. Belə bir hökmdar ağır vəziyyətə düşsə belə,onu tərk etməyəcəklər.
- İnsanların xoşbəxtliyi, rifahı birbaşa hökmdarın xoşbəxtliyindən, rifahından asılıdır. Hökmdar şəxsi mənafeyini güdməməli, vətəndaşların ehtiyaclarını ödəməyə çalışmalıdır.
K
[redaktə]- Kahin- hökmdarın, ər-arvadın, müəllim isə şagirdlərin günahları qarşısında məsuliyyət daşıdıqları kimi, hökmdar da öz dövlətinin vətəndaşlarının günahları qarşısında məsuliyyət daşıyır.
- Kamandan atılan ox insanı öldürə, yaxud yaralaya bilər. Amma ağıllı adamın fikri bütün ölkəni hökmdarı ilə birlikdə məhv edə bilər.
- Kor doğulmuş bir hökmdar, bilikdən məhrum edilmiş hökmdardan daha yaxşıdır. Kor adam tabeçiliyindəkilərin gözü ilə görə bilər, amma bilikdən məhrum edilmiş buna qadir deyil.
- Kurtizanka (əxlaqsız qadın) sərvətdən məhrum olanı, tabeçiliyində olanlar zəifləmiş hökmdarı, quşlar meyvəsi olmayan ağacı, qonaqlar isə qonaqlıq sona çatan evi tərk edirlər.
Q
[redaktə]- Qadın öz gözəlliyi ilə, brahman hökmdara xidməti ilə hər kəsi məhv etməyə qadirdir. Anasından aralaşan buzov məhv olacaq, həddindən artıq pul qazanmaq hərisliyi isə pulun itirilməsinə gətirib çıxaracaq.
- Qanunu pozan insanların taleyini həll edən bir hökmdar, öz nəticələrini aşağıdakı dörd prinsipə əsaslanmalıdır: salehlik, dəlil, hadisənin təsviri və mövcud qanun.
- Qoçaqlıq — hökmdarın sərvətidir.
- Qumara, ova qurşanan, qadınlara, sərxoşluğa, boş-boşuna vaxt keçirməyə və yatmağa aludə olan hökmdar məhkum edilmişdir.
- Quşlar barsız ağacları, qu quşları qurumuş gölləri, qadınlar pulu tükənən kişiləri, nazirlər devrilmiş hökmdarı, arılar solğun çiçəkləri, heyvanlar isə yandırılmış meşəni tərk edirlər. Kim kimi idarə edir? Özünüzdə məmnunluq tapmağa çalışın.
- Qüsursuz xarakterə malik olan hökmdar, hətta yoxsul vətəndaşlarını belə xoşbəxt edə bilir. Zəif xarakterli hökmdar isə zəngin və varlı insanların loyal münasibətinə nail olacaq.
M
[redaktə]- Məhkəmə təhqiqatı etik prinsiplərə, sübutlara, eləcə də hökmdarın fərmanlarına əsaslanmalıdır.Əhəmiyyətinə görə sonuncu o birilərindən daha üstündür.
- Məgər müdrik insan hökmdara, qadına, ilana, düşmənə, oda, yaxud pis niyyətli insana güvənə bilərmi?
- Məkrli və xaraktersiz hökmdarlar öz dövlətinin vətəndaşları tərəfindən devriləcək və ya düşmən tərəfindən məğlub ediləcəklər.
- Müdrik bir insanı yanında xidmət etməyə dəvət edən hökmdar üç böyük fayda əldə edir: şöhrət, sərvət və cənnət.
- Müdrik insan dostlarına kömək etmək və düşmənlərini məhv etmək üçün hökmdara qulluq etmək imkanı axtarır. Əgər mədəyə qida daxil olmursa, onu stimullaşdırmasının nə əhəmiyyəti?
- Müdriklər heç vaxt hökmdarı səhv yolla aparan nazirlərə, şudr kastasından olan qadınla evlənən brəhmənə, həmçinin andlarını pozan zahidlərə qulluq etmirlər.
- Müdriklərin bütün bilikləri hisslərə nəzarət etməyi öyrətmək üçün nəzərdə tutulmuşdur. Bu biliklərə məhəl qoymayan, öz hislərinə nəzarət edə bilməyən hökmdar, hətta bütün planeti idarə etsə belə, məhkum edilmişdir.
- Müxalifətindən əziyyət çəkməyən hökmdar vətəndaşlarının rifahını yaxşılaşdırmaqla idarə etməsindən həzz alacaq.
- Müqəddəs yazılardan başı çıxmayanlar ölülər üçün təklif olunan yeməkdən dadmamalıdır. Siyasi elmlərdən biliyi olmayan hökmdar da nazirin münasib məsləhətini eşitmək iqtidarında deyil.
- Müttəhimlər kürsüsündə oğlunun, ya da düşməninin oturmasından asılı olmayaraq, cinayətə uyğun cəza seçmək bacarığı olan hökmdar bu dünyanı ən etibarlı şəkildə qoruyacaq. Məhz bu cür, başqa cür ola bilməz.
N
[redaktə]- Narazı insanlar düşmənin tərəfini saxlayır və mövcud hökmdarın devrilməsinə kömək edirlər.
- Nazirin ən vacib prinsipləri hökmdarın əmrlərini yerinə yetirməkdə canfəşanlıq, çıxışların şirinliyi və qərar qəbul etməkdə möhkəmlikdir.
- Nazirlər-hökmdarın, təhsil - cəsur kişinin, ər-arvadın, yaxşı xarakter isə hər kəsin bəzəyidir.
- Nazirlərin dəstəyindən məhrum olan hökmdarlar çayın sahilində bitən ağaclar və qayğıdan məhrum olan qadın kimi, uzun müddət hökmranlıq edə bilməyəcəklər.
- Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir.
- Nökər yaxşı, ya da pis nə etsə, bu, hökmdara təsir edər.
O
[redaktə]- Oxu, oğul, oxu. Tənbəl olma! Savadsızlar yalnız narahatlıqlara səbəb olur. Hökmdarlar alimlərə hörmət bəsləyir. Ona görə də oğlum, hər gün oxu.
- Oğul, oxu, yorulmadan oxu və oxuduğunu yadda saxla. Hökmdara öz ölkəsində, təhsilə isə bütün dünyada təzim edirlər.
- Okean yağan yağışla daşmadığı, alim heç vaxt nail olduğu ilə sakitləşmədiyi, hökmdar heç vaxt toplanmış gəlirlərdən məmnun qalmadığı kimi, aşiqlərə də bir baxış bəs etməz.
- Okeanlar yeri əhatə edib qoruduğu və ya biz evimizi qoruduğumuz kimi, hökmdar da dövləti, xarakter isə qadını qorumalıdır.
- Ovçular tərəfindən meşədə qazılmış quyu başqa ovçular üçün də nəzərdə tutulduğu kimi, əxlaqsız hökmdar da yaxşı keyfiyyətlərdən məhrum edilmiş alçaqlara, yaramazlara kömək edir.
Ö
[redaktə]- Öz əyalətlərini dolaşan hökmdar və dünyanı səyahət edən brahman hörmətə layiqdir. Amma əxlaqsız qadın məhkum edilmişdir.
- Öz insanlarından imtina edib başqalarını tapmağa çalışan və öz dinindən üz döndərib digərini qəbul etməyə cəhd edən hökmdar məğlub olacaq.
- Öz vətəndaşlarının dəstəyini almış hökmdar ən çətin məsələnin öhdəsindən gəlməyə qadirdir.
- Özünüzün zəif tərəflərinizi gizlətməli, düşmənin zəif tərəfləri barəsində isə mümkün qədər çox bilməlisiniz. Çarlığını çiçəkləndirmək arzusunda olan hökmdar özünü borc verən kimi aparmalıdır.
P
[redaktə]- Pis arvaddan, pis ölkədən, pis hökmdardan, pis dostlardan və pis qohumlardan uzaq durmalısınız.
- Pis bir hökmdarın fərmanlarına tabe olmaqdansa, hökmdarsız yaşamaq daha yaxşıdır. Pis dostunuz olmaqdansa, tək yaşamağınız daha yaxşıdır. Pis şagirdiniz olmaqdansa, heç kimi öyrətməmək daha yaxşıdır. Pis arvadınız olmaqdansa, arvadsız olmaq daha yaxşıdır.
- Pis dostlara etibar etmək, pis arvaddan həzz almaq, pis hökmdarla xoşbəxtlik tapmaq və pis bir ölkədə yaşamaq olmaz.
R
[redaktə]- Rama (Rama- mifoloji hind Allahı) ayı və meymunlarla etdiyi kimi, çətin vəziyyətə düşən hökmdar da mümkün olan bütün müttəfiqlərlə ittifaq qurmalıdır.
- Razı qalan pişikləri, hökmdarları, kurtiziankaları və dilənçiləri görən oldumu?
- Rifah qismən ticarətdən, yarısı kənd təsərrüfatından, dörddə biri hökmdara xidmətdən asılıdır. Sədəqə toplamaqdan isə heç nə yaranmır.
S
[redaktə]- Sahibi pis olan inək, südünü brahmanlara yox, itlərə verdiyi kimi, pozğun, əxlaqsız hökmdar da cəsarətsiz, müdriklikdən və natiqlikdən, gücdən və digər nəcib keyfiyyətdən məhrum olanların tərəfini saxlayır.
- Salehliyə etinasızlıq və pisliyə meyl hökmdarı fəlakətli bir yola aparır.
- Savadlı, lakin zəif hökmdarın heç vaxt tabeçiliyindəkilərin yanında hörməti olmayacaq.
- Səfir - hökmdarın səsidir. Onun səsi silahlar işə düşəndə belə eşidilir. Bu insanı, o cümlədən brahmanları öldürmək olmaz.
- Səkkiz varlıq başqalarının kədərlərindən xəbərsizdir: hökmdar, fahişə, ölüm, od, oğru, körpə, dilənçi və avara.
- Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brahman, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir.
- Sərvət müharibədə, ianə verməkdə, şöhrət qazanmaqda, özünə xoşbəxtlik və azadlıq yaratmaqda hökmdarın köməyidir.
- Sözünə əməl etməyən, davranışı ləyaqətli insanlara zidd olan biri həmyerlilərinin etimadına layiq deyildir. Hökmdar öz təbəələrindən heç nə ilə fərqlənməməli, onlar kimi sadə paltar geyinməli və sadə həyat tərzi yaşamalıdır.
Ş
[redaktə]- Şəhvətpərəstdən, ərköyün oğuldan, savadsız brahmandan, şərxoş qadından, məhəbbətin çatışmamazlığı üzündən irəli gələn münasibətlərdən, ehtiyatsız insandan əziyyət çəkildiyi kimi, hökmdar da pis məsləhətçilərdən əziyyət çəkir.
T
[redaktə]- Tanınmaz bir insan hökmdarına qulluq edərsə, mühüm insan olur. Belə bir xidmətdən məhrum olan insan isə tanınmaz və hamının unutduğu bir insan olur.
- Təcrübəli bir bağban kimi hərəkət edən hökmdar uzun müddət hakimiyyətdə qalacaq: kökündən çıxarılmış ağaclar yenidən əkmək, çiçək açan ağaclara qulluq etmək, zəifləmişlərə gübrə vermək, hündür budaqları kəsmək, güclü budaqları budamaq, sıxlaşmış budaqları seyrəltmək, tikanlı budaqları təmizləmək, təzə bitən zoğları qorumaq.
- Təhsil- təcrübənin yoxluğundan, qadınlar-boş həyat tərzindən, tarla-pis toxumlardan əziyyət çəkdiyi kimi, hökmdarlar da nökərlərinin səhvlərindən əziyyət çəkirlər.
- Təhsilli insanların hər yerdə dualar etdiyi bir ölkənin hökmdarı idarəetmə üçün zəruri keyfiyyətlər qazanır və bəlalardan xilas olur.
U
[redaktə]- Uğurlu hökmdarın xidmətçiləri ləyaqət hisslərinə, yaxşı davranışlara malikdirlər, hisslərinə hakim olur, dürüst, açıq və həssasdırlar.
- Uğursuzluğa düçar olan hökmdar məyus olmamalı, itirilən sərvət üçün narahat olmamalıdır. O, eyni zamanda kədərlənməməli, yaxud sevinməməlidir.
- Uzun müddət hökmdarla sabit münasibətdə olanlar, çox güman ki, bir müddət sonra bu ərazidə hakimiyyəti tamamilə ələ keçirmək niyyətindədirlər.
V
[redaktə]- Var-dövlət arxasınca qaçan lovğalıqdan uzaq ola bildimi? Hansı şəhvətpərəst narahatlıqdan qurtula bildi? Kimin ürəyi qadına görə əziyyət çəkmədi? Kim uzun müddət hökmdarın yaxın çevrəsində qala bildi? Zamanın amansız təsirindən xilas ola bilən oldumu? Hansı dilənçi izzəti-nəfsə malikdir? Pis cəmiyyətdən uzaqlaşıb ayaq üstə dayana bilən oldumu?
- Var-dövlətin itirilməsi və həyat üçün təhlükə qaçılmaz olduqda, hökmdar düşmənə boyun əyməli və bununla da canını və sərvətini xilas etməlidir.
- Vedaları tanıyan bir brahmanın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var?
- Vəzifə borcunu yerinə yetirən, əməllərində saleh, xalqını qoruyan bir hökmdarın yeri cənnətdir. Əksinə, xalqının qayğısına qalmayan, onu qəddarcasına cəzalandıran hökmdarın aqibəti çox pis olacaq.
Y
[redaktə]- Yaxşı keyfiyyətlərə sahib olan, siyasətə yaxşı bələd olan, varlı vətəndaşların rəğbətini qazanan hökmdar tezliklə bütün dünyaya sahib olacaq, həmişə uğur qazanacaq və heç vaxt məğlub olmayacaq.
- Yalnız həyatı sona çatanlar dəlilərə, ilanlara, sərxoşlara, fillərə, qadınlara və hökmdarlara etibar edəcəklər.
Z
[redaktə]- Zəif hökmdara nifrət edilməməlidir.