Məzmuna keç

Zəif



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
  • Ağılın gücü zəif qidalanan bir beyindən gələ bilməz. Herbert Spenser
  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
  • Axırıcı gülən, zəif düşünəndir. İngilis atalar sözləri
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
  • Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz. Jan de Labrüyer
  • Bir çox axmaqlar və zəif düşüncəli insanlar alkoqolizmə meylli valideynlərdən doğulur. Frensis Bekon
  • Bir qadın səni sevəndə, sənin ruhuna sahib olana qədər doymaz. Zəif olduğu üçün onun hökmranlıq üçün qəzəbi var və heç nə onu qane edə bilməz. Uilyam Somerset Moem
  • Bir qadının keçmiş eşq macəralarının ona olan sevgisini azaldığını düşünən kişilər adətən axmaq və zəif olurlar. Merilin Monro
  • Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə. Xalid Hüseyni
  • Biz tariximizi zəif bilirik. Tarixi təfəkkürü, tarixi yaddaşı dəqiq olan xalq daha möhkəm mənəvi əsaslar üzərində yaşayır, özünə inamı böyük olur.[1] Tomas Cefferson
  • Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var- zorakılıq və qorxudan azad gələcək həyat. Nelson Mandela
  • Biznes qəddar oyundur. Burada zəif məhv olur. Artur Konan Doyl
  • BMT, bir çox zəif cəhətlərinə baxmayaraq, ümid və sülh toxumunu ehtiva edən böyük bir dünya təşkilatıdır. BMT-ni dağıtmağa cəhd edən millət azğın olardı. Cəvahirləl Nehru
  • Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir. Andre Berte
  • Deyirlər qadınlara zəif "ulduzlar" himayədarlıq etdiyindən onları adətən şər qüvvələr ələ keçirir. Hind atalar sözləri
  • Doğru, dovşandan zəif də görünsə, dağ boyda yalana üstün gələr. Monqol atalar sözləri
  • Dövləti zəif edən amil pulun azlığı yox, istedadların azlığıdır. Volter
  • Düşmən ancaq zəif olanda qəzəbi bildirmək olar. Tamil atalar sözləri
  • Düşmən zəif olanda qəzəb dönüb olur azğınlıq. Tamil atalar sözləri
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
  • Düşməni zəif yerindən vurmaq lazımdır. Çanakya
  • Düşmənin zəif tərəflərini öyrənməyincə, onunla münasibəti korlamaq lazım deyil. Çanakya
  • Dünyada sudan zəif və yumşaq olan heç bir cisim olmasa da, o, ən sərt cismi məhv edə bilir. Lao-tszı
  • Əgər nə vaxtsa məşqdə və ya fərdi idmanda zəif olduğumu hiss etsəm, basketbolu həmin an ataram. Karl Malone
  • Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki, indi əvvəlki qədər səbirsiz deyiləm. Mel Qibson
  • Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi. Cəvahirləl Nehru
  • Əsl Mason özündən sonra gələnlərin xeyrinə və irqinin yüksəldilməsi və təkmilləşməsi üçün çalışır. Bu, tək bir həyatın hüdudlarında özünü saxlayan zəif bir ambisiyadır. Yaşamağa layiq olan bütün kişilər, dəfn mərasimlərində sağ qalmaq və sonra da kişilərin yaddaşında yazılan sönmüş xarakterlərdə deyil, bəşəriyyətə etdikləri yaxşılıqlarda yaşamaq istəyirlər. Əksər kişilər öz günlərindən və qısa nəsillərindən daha çox davam edə biləcək bəzi işləri geridə qoyub getmək istəyirlər. Bu, Allah tərəfindən verilən və çox vaxt insanın ən kobud qəlbində olan instinktiv impulsdur; ruhun ölməzliyinin və insanla ən müdrik vəhşilər arasındakı əsas fərqin ən etibarlı sübutudur. Öləndən sonra övladlarımıza sığınacaq olan ağacları əkmək, atalarımızın əkdikləri kölgəni sevmək qədər təbiidir. Albert Payk
  • Fiziki cəhətdən zəif, qoca insanlar sadə işlərin öhdəsindən bu işə adət etməmiş möhkəm bədənli cavanlardan daha asan gəlirlər. Hippokrat
  • Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. Viktor Hüqo
  • Güclü bir insan zəifə kömək edə bilməz, əgər zəifə kömək etmək istəməsə, zəif adam da özündən güclü olmalıdır; başqasında heyran olduğu gücü öz səyləri ilə inkişaf etdirməlidir. Onun vəziyyətini özündən başqa heç kim dəyişdirə bilməz. Ceyms Allen
  • Güclü güc işlədər, zəif biclik. Vyetnam atalar sözləri
  • Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur. Sun Dzı
  • Güclü qəhqəhə çəkir, zəif şikayətlənir. Gürcü atalar sözləri
  • Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir. Konfutsi
  • Güclü öz həyatındakı hadisələri yaradır. Zəif isə taleyin ona atdığına tabe olur. Alfred De Viqni
  • Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvəsinə qaldıra bilməkdir. Rabindranat Taqor
  • Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[2] İmam Kazım
  • Heç bir dövlət əbədi olaraq güclü və ya əbədi zəif deyil. Qanuna riayət edənlər güclü olarsa, dövlət güclü olar; zəif olsalar, dövlət də zəif olar. Han Fei
  • Heç bir şey zəif hökumət qədər zülmkar və ədalətsiz ola bilməz. Edmund Berk Bork
  • Həyasızlıq, zəif insanın güclü görünmə təqlididir. Erik Hoffler
  • Hiylə və xəyanət zəif adamlara xas olan əməldir. Fransua de Laroşfuko
  • Xəyanətə çox vaxt düşünülmüş şəkildə yox, kortəbii halda, xarakterin zəifliyi üzündən yol verilir. Fransua de Laroşfuko
  • İradə zəif olanda, ən güclü ağıl belə bir qara quruşa dəyməz. Anatol Frans
  • İnamı zəif olan başqalarında da inam oyada bilməz. Lao-tszı
  • İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər. Vissarion Belinski
  • İnsanın irəli getməsi üçün daim zirvələrdə onun qarşısında şərəfli şücaət nümunələri olmalıdır... Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı qeyri-mümkündür. Ürəyi zəif olanlar üçün - naməlum. Düşüncəli və cəsurlar üçün - idealdır. Təcili ehtiyac var, tapşırıq böyükdür, vaxt yetişib. Qələbəyə doğru irəli! Viktor Hüqo
  • Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.[3] Jan de Labrüyer
  • Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.[4]Ömər Xəyyam
  • Müharibə bəşəriyyət üçün ən möhtəşəm yarışdır! Döyüşdə güclü qalib gəlir, zəif isə ölür. Corc Patton
  • Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. Firidun bəy Köçərli
  • Özbaşına insan güclü istəyə, zəif iradəyə malik olan insandır. Rene Dekart
  • Özünüzü tanımaq asan bir iş deyil. İnsanlar tez-tez öz yaxşı tərəflərini şişirdər, zəif cəhətlərini bağışlayar və zəif cəhətlərini güclü olaraq qiymətləndirərlər. Den Syaopin
  • Özünüzün zəif tərəflərinizi gizlətməli, düşmənin zəif tərəfləri barəsində isə mümkün qədər çox bilməlisiniz. Çarlığını çiçəkləndirmək arzusunda olan hökmdar özünü borc verən kimi aparmalıdır. Çanakya
  • Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır. Aleksandr Düma (ata)
  • Sən rəqibi özündən zəif bilsən, onu da bil ki, sən artıq məğlubiyyətə dəvətnamə göndərmisən. Uilyam Şekspir
  • Sözün qədrini bilməyən, zəif düşüncəli adam, adətən, çox danışar. Şarl Lui Monteskyö
  • Şimal xalqları arasında azad sevgi münasibətləri çox adidir. Bu, ola bilsin ki, soyuq hava şəraitində həyat uğrunda mübarizə aparmağın zəif inkişaf etmiş mənəviyyatı inkişaf etdirməkdən daha vacib olmasındandır. Rual Amundsen
  • Yağış qarşısıalınmaz dərəcədə zəif örtülü bir binaya nüfuz etdikdə, ehtiraslar əks olunmaqla qorunmayan ürəyə asanlıqla nüfuz edir. Qautama Budda
  • Yağış nazik bir damı olan bir evə nüfuz etdiyi kimi, şəhvət də zəif inkişaf etmiş bir ağıla hopur. Qautama Budda
  • Yaxşı deyilən söz, ən zəif və ya ən təvazökar insan tərəfindən belə düzgün görülən iş öz təsirini göstərməyə bilməz. Az və ya çox, təsiri qaçılmaz və əbədidir. Albert Payk
  • Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır. Maksim Qorki
  • Yalnız taleyindən məhrum olanlara, yalnız alçaldılmış, zəif, gözəl olmayan, tərk olunmuş insanlara həqiqətən sevgi kömək edə bilər. Onlara canını verən, onlardan alınan hər şeyin əvəzini onlara verir. Yalnız onlar sevərkən necə sevməyi və bu sevgini necə qəbul etməyi bilirlər: təvazökarlıqla və minnətdarlıqla. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)
  • Yalnız zəif sevənlər sevgisini şərh edə bilər. Françesko Petrarka
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
  • Zəif ağıl qocalıqda da zəif qalır, güclü ağıl isə qocaldıqca gücünü itirir. Çinua Açebe
  • Zəif düşmənin zərər verəcəyini düşünməmək qığılcımın yanğın törətməyəcəyini düşünmək kimidir. Sədi Şirazi
  • Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir. Mahatma Qandi
  • Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır.[5] Ziqmund Freyd
  • Zəif olduğumuz yerləri qəbul etməklə özümüzü güclü edə bilərik. Nitsşenin “Bizim ziddiyyətlərimiz ümidlərimizdir” əsərinə bənzəyir. Söz həyatın faktıdır. Ziqmund Freyd
  • Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər. Fridrix Nitsşe
  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel

Istinadlar

[redaktə]
  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.193
  2. Biharul-Ənvar, c.78, səh.323, hədis 23
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  4. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.75
  5. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015