Merilin Monro

Vikisitat saytından
Jump to navigation Jump to search

Merilin Monro (ing. Marilyn Monroe; d. 1 iyun 1926, Los-Anceles, ABŞ - ö. 5 avqust 1962, Los-Anceles, ABŞ, əsl adı ing. Norma Jeane Mortenson) — amerikan kino aktrisası, müğənni və model.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı qız öpüşər, amma vurulmaz, qulaq asar, amma inanmaz və tərk edilməmişdən əvvəl tərk edər.
  • Aktrisa olmaq arzusunda olmaq, aktrisa olmaqdan daha həyəcanlıdır.

B[redaktə]

  • Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da.
  • Bədən baxılmaq üçündür, örtülmək üçün yox.
  • Bəzən yaxşı şeylər dağılır ki, daha yaxşı şeylər bir araya gələ bilsin.
  • Bilmirəm dikdaban ayaqqabıları kim kəşf edib, amma biz qadınlar ömrü boyu ona borclu olacağıq!
  • Bir qadına uyğun ayaqqabı versəniz, dünyanı belə fəth edə bilər.
  • Bir qadının keçmiş eşq macəralarının ona olan sevgisini azaldığını düşünən kişilər adətən axmaq və zəif olurlar.
  • Bir qızı güldürə bilsən, ona hər şeyi edə bilərsən.
  • Bir qayda olaraq bütün kişilər yataqda xəyanət edərkən möhtəşəm olurlar.
  • Biri ilə bədbəxt olmaqdansa, tək qalmaq daha yaxşıdır.
  • Biz hamımız ulduzuq, parıldamağa layiqik.
  • Bu həyat sənin yaratdığın şeydir. Nə olursa olsun, bəzən qarışacaqsan, bu universal bir həqiqətdir. Amma yaxşı tərəfi odur ki, onu necə qarşılayacağınıza siz qərar verəsiniz. Qızlar sizin dostunuz olacaq - onsuz da onlar kimi davranacaqlar. Ancaq unutmayın, bəziləri gəlir, bəziləri gedir. Hər şeydə sizinlə qalanlar - onlar sizin ən yaxşı dostlarınızdır. Onları buraxma. Həmçinin unutmayın ki, bacılar dünyanın ən yaxşı dostları olurlar. Aşiqlərə gəlincə, onlar da gəlib gedəcəklər. Və bala, mən bunu söyləməyə nifrət edirəm, əksəriyyəti - əslində demək olar ki, hamısı ürəyini qıracaq, amma imtina edə bilməzsən, çünki təslim olsan, heç vaxt can yoldaşını tapa bilməyəcəksən. Sizi bütöv edən yarını heç vaxt tapa bilməyəcəksiniz və bu, hər şeyə aiddir. Sadəcə bir dəfə uğursuz olmağın o demək deyil ki, hər şeydə uğursuz olacaq. Çalışmağa davam et, dayan və həmişə özünə inan, çünki sən etməsən, o zaman kim edəcək, əzizim? Ona görə də başınızı dik tutun, çənənizi dik tutun və ən əsası gülümsəməyə davam edin, çünki həyat gözəl bir şeydir və gülümsəmək üçün çox şey var.
  • Bütün balaca qızlara gözəl olduqlarını deyin, gözəl olmasalar belə.
  • Bütün kişilər eynidir: əvvəlcə səndən istifadə edirlər, sonra köhnə corablar kimi səni atırlar...
  • Bütün kişilər eynidir. Onların fərqli üzləri var ki, qadınlar onları ayırd edə bilsinlər.
  • Bütün qaydalara əməl etsəydim, heç yerə çatmazdım.
  • Bütün qızlar istəyir ki, bir oğlan gəlsin və digərləri kimi olmadığına bizi inandırsın.

E[redaktə]

  • Evlənməmişdən qabaq qadın kişini əlində saxlamaq üçün sevişməlidir, evlənəndən sonra isə sevişmək üçün əlində saxlamağı bacarmalıdır.

Ə[redaktə]

  • Əgər iki üzlü olacaqsansa, heç olmasa onlardan birini gözəl et.
  • Əsl sevgili, alnından öpməklə, gözlərinin içinə gülümsəməklə və ya sadəcə kosmosa baxmaqla səni həyəcanlandıra bilən adamdır.
  • Ətir sevməyən qadın yoxdur, qoxusunu tapmayan qadın var...

G[redaktə]

  • Güclü kişi qadına qarşı dominant olmaq məcburiyyətində deyil. O, zəif bir qadına qarşı gücünü ona olan sevgi ilə uyğunlaşdırmır. Onu dünyaya qarşı qoyur.
  • Gülümsəməyə davam edin, çünki həyat gözəl bir şeydir və gülümsəmək üçün çox şey var.
  • Gülüş bir qızın edə biləcəyi ən yaxşı makiyajdır.

H[redaktə]

  • Haqqınızda heç nə bilmədən sizə necə heyran olurlarsa, eyni şəkildə sizdən nifrət edə bilərlər.
  • Hamımız seksual varlıq kimi doğulmuşuq, Allaha şükür, heyf ki çoxları bu təbii hədiyyəni korlamaqla məşğuldur.
  • Həqiqət budur ki, mən heç vaxt heç kimi aldatmamışam. Mən kişilərin bəzən özlərini aldatmasına icazə vermişəm.
  • Həmişə gülümsəməyi və həyatda əldə etdiklərinə baxmağı unutma.
  • Hər şeydən əvvəl mənə insan kimi münasibət göstərilməsini istəyirəm.
  • Həyatımda fəxr etdiyim tək bir şey varsa, o da heç vaxt saxlanılan qadın olmamağımdır.
  • Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə.
  • Hollivud elə bir yerdir ki, bir öpüş üçün sizə 1000 dollar, ruhunuzu almaq üçün 50 sent verərlər. Bunu çox yaxşı bilirəm, çünki ilk təklifdən imtina edib dəfələrlə 50 sentə razılaşmışam.

X[redaktə]

  • Xoşbəxtlik pulda deyil, alış-verişdədir.

İ[redaktə]

  • İkiüzlü olacaqsansa, heç olmasa üzlərindən birini qəşəng saxla.
  • İndiyə qədər kimsə ilə bədbəxt olmaqdansa, tək bədbəxt olmaq daha yaxşıdır.
  • İnsanlar elə bilirlər ki, çox gözəl həyatım var. Amma mən dünyanın ən çox təhlükə altında olan adamı – Amerika prezidentini (Con Kennedi) sevən qadınam. Nələr çəkdiyimi heç kim bilə bilməz.
  • İtlər heç vaxt məni dişləməyib, heyf ki eyni sözü insanlar üçün deyə bilmirəm.

K[redaktə]

  • Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur.
  • Kim deyirki, gecələr yatmaq üçündür?
  • Kişi dünyasında qadın ola bildiyim müddətcə bu dünyada yaşamağa etiraz etmirəm.
  • Kişilərlə bərabərlik tələb edən qadınların ambisiya çatışmazlığı var.

Q[redaktə]

  • Qadın özü üçün nəyin daha yaxşı olduğunu intuisiya və ya instinktlə bilir.
  • Qadını güldürə bildirsən, ona hər şeyi etdirə bilərsən.
  • Qızın ona ehtiyacı olmayana ehtiyacı yoxdur.

M[redaktə]

  • Makiyajın altında və təbəssümün arxasında mən sadəcə dünya arzulayan bir qızam.
  • Mən eqoist, səbrsiz və bir az etibarsızam. Səhv edirəm, nəzarətdən çıxıram və bəzən idarə etmək çətindir. Amma ən pis halımda mənim öhdəsindən gələ bilmirsənsə, deməli, mənim ən yaxşı halımda mənə layiq deyilsən.
  • Mən insanları zəif olduğum üçün bağışlamıram, insanların səhv etdiyini bildiyim üçün onları bağışlayıram.
  • Mən isə əsl sarışınam. Amma təbiətcə sadəcə sarışın olmursan.
  • Mən kişilər üçün geyinirəm. Qadınlar sizin geyiminizə tənqidi baxır. Kişilər onu qiymətləndirir.
  • Mən uğur qazanmaq üçün yaşayıram, nə səni, nə də başqalarını sevindirmək üçün yox.
  • Mən yaxşıyam, amma mələk deyiləm. Mən günah edirəm, amma şeytan deyiləm. Mən böyük bir dünyada sevəcək birini tapmağa çalışan kiçik bir qızam.
  • Məncə, hər şeyin səbəbi var. İnsanlar dəyişir ki, sən onları tərk etməyi öyrənəsən, hər şey pisləşir ki, sən işlər yolunda olanda onları qiymətləndirəsən, yalanlara inanırsan ki, özündən başqa heç kimə inanmamağı öyrənəsən.
  • Məncə, insanlarda iki fərqli şey var... onlar həm tək qalmaq istəyirlər, həm də birlikdə olmaq istəyirlər.
  • Mənim başıma gələn ən yaxşı şeylərdən biri qadın olmağımdır. Bütün qadınlar belə hiss etməlidirlər.
  • Mənim devizim narahat olmaq deyil. Narahat etdirməkdir!.
  • Mənim üçün ən gözəl şey yuxudur, o zaman heç olmasa yuxu görə bilərəm.

O[redaktə]

  • Oğlanlar qızları kitab kimi zənn edərlər. Əgər üz qabığı gözlərinə dəyməzsə, içindəkiləri oxumağa zəhmət çəkməzlər.

S[redaktə]

  • Sarı saçlar və döşlər. Belə başladım. Oynaya bilmədim. Məndə yalnız sarı saçlar və kişilərin sevdiyi bədən var. Aldıqlarımı əldə etməyimin səbəbi şanslı olduğum və doğru kişilərlə tanış olduğum üçün idi.
  • Sevgisiz öpüş sadəcə qarşılıqlı tüpürcək mübadiləsidir.

U[redaktə]

  • Uğur çoxlarında sənə qarşı nifrət yaradır. İstəyərdim ki, belə olmasın. Ətrafında paxıl gözlərlə sənə baxanlar olmadan uğurun dadını çıxarmaq necə gözəl olardı.
  • Uğur kürü kimidir: dadlıdır, amma çox yeyirsinizsə, qusmaq olar.
  • Uşaqlara, xüsusən də qızlara həmişə onların gözəl olduğunu və hamının onları sevdiyini söyləmək lazımdır. Qızım olsa, həmişə ona gözəl olduğunu söyləyəcəyəm, saçlarını darayacağam və bir dəqiqə belə tək qoymayacağam.

Y[redaktə]

  • Yatanda nə geyinirəm? Əlbəttə, “Chanel No.5”.
  • Yorulduqda dayanmıram. Yalnız işim bitəndə dayanıram.

İstinadlar[redaktə]