İngilis dili
Görünüş
İngilis dili (ing. English, ing. English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
[redaktə]- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
H
[redaktə]- Həm dinimi, həm də dilimi çox sevirəm. İngilis dilini öyrənə biləcəyim üçün İncil haqqında heç düşünməmişəm. Həsən Nail Canat
İ
[redaktə]- İnanılmaz dərəcədə ifadəli olan ingilis dilini həqiqətən yüksək qiymətləndirirəm və onun bütün dil arsenalından istifadə etməyi sevirəm. Hekayələr yaratmağın əsas yolları var, amma daha çox təbəqə qatmağa və daha mürəkkəb və daha zəngin dil istifadə etməyə çalışıram. [1] Kreyq Russell.