Mel Qibson
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq suala verilən ən yaxşı cavab sükutdur.
- Arzular kağız üzərində həmişə yazıq görünür.
- Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən.
E[redaktə]
- Ekrandakı ilə həyatdakı insan arasında fərq çoxdur. Yadınızdadır, Keri Qrant nə demişdi? Ondan soruşmuşdular, Keri Qrant olmaq necə hissdir? Demişdi, heç bir təsəvvürüm yoxdur.
Ə[redaktə]
- Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki, indi əvvəlki qədər səbirsiz deyiləm.
- Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır.
F[redaktə]
- Filmlərin əksəriyyəti lent yığınından başqa bir şey deyil.
H[redaktə]
- Hamı deyir ki, Hollivud fabrikdir. Ancaq bu fabrikdə hər birimizin böyük bir mexanizmin xırda detalları olmasını deməyi unudurlar. Bir detal qırılsa, onu dəyişirlər.
- Heç vaxt Allahın mənə qəzəbini hiss etməmişəm.
- Heç vaxt deməmişəm ki, əlimdə silahla ölməyə hazıram.
- Hərdən mənə elə gəlir ki, beynin ən yaxşı xüsusiyyəti unutmaq qabiliyyətinin olmasıdır.
J[redaktə]
- Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər.
İ[redaktə]
- İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi?
- İstənilən dəyişiklik ağrısız olmur. Əgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib.
Q[redaktə]
- Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər.
M[redaktə]
- Mən heç vaxt öldürməmişəm.
- Mən özümü nə amerikan, nə də avstraliyalı hesab edirəm. Mən hibridəm, çox yaxşı da yaşayıram, çünki Avstraliya da, Amerika da gözəl ölkədir.
- Məni sevməyən insanları xoşlamıram, ancaq onları sevirəm.
- Məsihin nə üçün gəlməsi, nə üçün çarmıxa çəkilməsi səbəblərinə baxanda —- O bütün bəşəriyyət üçün öldü, O bütün bəşəriyyət üçün əzab çəkdi. Buna görə də hər bir həddini aşan şəxs öz hissəsinə və ya öz təqsirinə baxmalıdır. İndi əsas sözə, verilən sözə geri dönmək vaxtıdır... O əzab çəkərək və öldürülərək bağışladı.
- Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən.
N[redaktə]
- Nədənsə, çox adam elə bilir ki, mən respublikaçıyam. Ancaq bu, belə deyil. Ötən seçkilərdə heç bilmirdim kimə səs verim. Onlara baxıram, ağlıma ancaq belə bir fikir gəlir: “Deməli, seçki belədir: sən istəyirsən səni vursunlar, yoxsa təpikləsinlər?”
O[redaktə]
- Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım.
R[redaktə]
- Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub.
S[redaktə]
- Siyasi korrektlik intellektual terrorizmdir. Axı hər kəs həmişə, hamını sevə bilməz.
- Sonrakı peşmanlıq fayda vermir. Ən yaxşısı səhvi boynuna almaqdır. Əks halda, kənardan diş pastasını boruya geri dürtməyə çalışan adam kimi görünəcəksən.
Ş[redaktə]
- Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır.
- Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir.
U[redaktə]
- Uşaqlardan çox şey öyrənirik, onların bizdən öyrəndiklərindən daha çox...
Ü[redaktə]
- Üç papaq almaq istəyirsənsə, iki baş daha ölç.
Y[redaktə]
- Yaxşı kino insana necə təsir edir? Əyləndirir? Bəlkə öyrədir? Bəlkə səviyyəsini qaldırır? Yaxşı kino bunların hamısını eyni vaxtda edir. Əks halda, o yaxşı kino deyil, ekran qarşısında vaxt sərfidir.