Uilyam Somerset Moem
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq olub bunun fərqində olmaq, axmaq olub bunun fərqində olmamaqdan yaxşıdır.
- Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar.
- Arzu həqiqətdən qaçmaq deyil, əksinə, ona yaxınlaşmaq üçün vasitədir. [1]
B[redaktə]
- Bir qədər sağlam düşüncə, bir qədər səbr, bir qədər yumor hissi – və bunlarla çox rahat şəkildə bu dünyada yaşamaq olar.
- Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.
D[redaktə]
- Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.
- Düşünürəm ki, Tanrı ya mənim daxilimdə, ya da heç bir yerdədir.
Ə[redaktə]
- Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.
- Əzabların xarakteri zənginləşdirdiyi düzgün deyil. Bunu bəzən xoşbəxtlik bacarır. Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.
F[redaktə]
- Faciə ondadır ki, biz bəzən öz arzumuza çatırıq.
H[redaktə]
- Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil.
- Həyatda başqalarının müsibətinə “can yandırmaqdan” daha asan bir şey yoxdur.
- Həyatda yalnız iki şey insanın mövcudluğuna haqq qazandıra bilər: sevgi və incəsənət.
- Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq.
İ[redaktə]
- İnsanlar başa düşmədikləri şeyi ələ salmağı sevirlər.
- İnsanlar öz fikrimizi bildirməyimizi desələr də, bizdən tərif gözləyirlər.
- İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir.
- İnsanlara öz sevdikləri şeyi etmək üçün səbəb lazım deyil, – onlara bəraət lazımdır.
- İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır.
- İnsanların sənə baxmağını istəyirsənsə, sən də onlara baxmalısan.
- 25 yaşlı subay qız və həmin yaşda olan evli qadın arasında uçurum qədər fərq var.
K[redaktə]
- Keçmiş barədə düşünməyə başlayırsansa, deməli artıq sənin gələcəyin yoxdur.
Q[redaktə]
- Qısa və aydın yazmaq səmimi xə xeyirxah olmaq qədər çətindir.
M[redaktə]
- Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz.
R[redaktə]
- Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olduqları heç kəsə məlum deyil.
S[redaktə]
- Sənin üçün əhəmiyyətsiz olan insanlarla xoş davranmaq daha asandır.
Y[redaktə]
- Yalnız bir qadın digər qadının nəyə qadir olduğunu bilir.
İstinadlar[redaktə]
- ↑ Aforizmlər. Bakı, 2013. səh.17