Yaddaş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqaları üçün özünüzü unutsanız, onda sizi də xatırlayacaqlar. (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)
- Borc verənlərin yaddaşı borc alanlarınkından qat-qat yaxşı olur. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
E
[redaktə]- Elmin düşməni yaddaş zəifliyidir. Nəsirəddin Tusi
İ
[redaktə]- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
K
[redaktə]- Kəndli yaddaşı sərkərdə biliyindən üstündür. (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)
N
[redaktə]- Nə qədər ki, yaddaş var, ölənlər unudulmayacaq. (İvo Andriç:Serb yazıçısı)
- Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit:Qədim Roma tarixçisi)
U
[redaktə]- Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. (Konfutsi:Qədim Çin mütəfəkkiri)
Y
[redaktə]- Yaddaş xatirələr xəzinəsidir. (Vardis Falçer:Amerika yazıçısı)
- Yaddaş qəribə görüntülər yaratmağı bacarır. O, ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir. Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur, lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır. Cerom Klapka Cerom
- Yaddaşımız puç olmuş arzuları bizə xatırladır. (Con Dreper:Amerika alimi və filosofu)
Z
[redaktə]- Zamanın yeganə meyarı yaddaşdır. Deni Didro:Fransız yazıçısı və filosofu)
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.