Corc Patton
Görünüş
Corc Patton | |||
Doğum tarixi | 11 noyabr 1885 | ||
Doğum yeri | San Qabriel, San Gabriel Valley | ||
Vəfat tarixi | 21 dekabr 1945 | ||
Vəfat yeri | Heydelberq | ||
Dəfn yeri | Luxembourg American Cemetery and Memorial | ||
|
Corc Smit Patton (Kaliforniya, Amerika Birləşmiş Ştatları, 11 noyabr 1885-Heydelberq, Almaniya, 21 dekabr 1945) — İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Üçüncü Ordusunun komandanı olan Amerikalı general
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah düşmənlərimə mərhəmət etsin, çünki məndə mərhəmət olmayacaq.
- Arxamda bir Fransız ordusu olacağına, qarşımda bir Alman ordusunun olmağını seçərəm.
B
[redaktə]- Bu gün həyata keçirilən yaxşı bir plan, sabah həyata keçiriləcək mükəmməl bir plandan daha yaxşıdır.
- Bu nəcib məsuliyyət hissini miras almalı və inkişaf etdirməlisən, əks halda bu formanı heç vaxt geyinməməlisən …
Ə
[redaktə]- Əsgər ordudur. Heç bir ordu əsgərlərindən yaxşı deyil. Əsgər həm də vətəndaşıdır. Əslində vətəndaşlıq vəzifəsi və ən yüksək imtiyaz öz ölkələri üçün silah gəzdirməkdir.
H
[redaktə]- Hamının bərabər olduğunu söyləyən insanlar ya axmaqdır, ya da yalançıdır.
- Heç bir maşın maşını idarə edən adamdan böyük ola bilməz.
İ
[redaktə]- İnsan ruhu baş verə biləcək hər şeydən güclüdür.
- İnsanın nəyəsə nail olmasının üç yolu var: planlaşdırma, işləmək, dua etmək.
- İnsanlığın ən böyük araşdırması insanın özünü öyrənməsidir.
- İrəli! İrəli! Qorxularınıza qulaq asmayın!
Q
[redaktə]- Qorxaq deyilənlər qorxaq ruhun üstünlüyünə sahib olanlardır.
M
[redaktə]- Mənəvi cəsarət; İnsanın ən dəyərli, lakin ən az tapılan bir fəzilətidir.
- Müharibə bəşəriyyət üçün ən möhtəşəm yarışdır! Döyüşdə güclü qalib gəlir, zəif isə ölür.
- Müharibə insan sivilizasiyasının ən yüksək nailiyyətidir.
- Müharibə sadə və amansızdır, ona görə də onu sona çatdırmaq üçün sadə və amansız bir insana ehtiyac var.
- Müharibədə ölüm əhəmiyyətsizdir, amma əldən verilmiş fürsət cinayətdir.
- Müharibələr silahla aparılır, ancaq kişilər qalib gəlir.
- Müharibəni qazanmağın yolu düşməni məğlub etməkdir.
- Müharibənin yalnız üç prinsipi var: cəsarət, cəsarət və cəsarət!
Ö
[redaktə]- Ölən adamlara yas tutmaq axmaqlıq və səhvdir. Daha doğrusu, Allaha şükür etməliyik ki, belə insanlar yaşayıblar.
- Özünə inam insanın uğurunun açarıdır.
T
[redaktə]- Tanrının düşmənlərimə yazığı gəlsin, çünki mənim yazığım gəlməyəcək.