Ordu

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Arxamda bir Fransız ordusu olacağına, qarşımda bir Alman ordusunun olmağını seçərəm. Corc Patton
  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərgərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə

B[redaktə]

  • Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
  • Bir millət irfan ordusuna malik olmadıqca, savaş meydanlarında nə qədər zəfərlər əldə edərsə-etsin, o zəfərlərin yaşaması ancaq irfan ordusu ilə mümkündür. Mustafa Kamal Atatürk
  • Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələr verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk

Ə[redaktə]

  • -Əfəndim təxminən 200.000 nəfərlik ordu indi üstümüzə tərəf gəlir.
    -Biz də onlara tərəf gedirik. Alp Arslan

G[redaktə]

  • Güclü və müasir silahla təmin olunmuş ordu Rusiyanın ərazi bütövlüyünün və suverenliyinin qarantıdır.[1] Vladimir Putin

H[redaktə]

Q[redaktə]

  • Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar. (勝てば官軍、負けば賊軍 kateba kan-gun makeba zoku-gun). Yapon atalar sözləri

M[redaktə]

  • Mənə Türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim. Napoleon Bonapart

N[redaktə]

  • Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmparator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000 biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!" Napoleon Bonapart

O[redaktə]

  • Ordunun vəzifəsi vətəni işğal etmək istəyən düşmənə qarşı ayağa qalxmaqdır. Belə ayağa qalxmaq yerində saymaq üçün deyil, düşmənin üstünə atılmaq məqsədilə edilərsə, ayağa qalxmağa dəyər. Mustafa Kamal Atatürk

Ö[redaktə]

  • Öz ordusunu dolandırmayan xalq, başqa xalqı tezliklə dolandırmaqa məcbur olacaq. Napoleon Bonapart

Z[redaktə]

  • Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz. Viktor Hüqo

Istinadlar[redaktə]