Jan de Labrüyer
Jump to navigation
Jump to search
Jan de Labrüyer - Fransız yazıçısı və filosofu
A[redaktə]
- Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.
B[redaktə]
- Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
- Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.
C[redaktə]
- Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
- Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.
D[redaktə]
- Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz.
- Dostluğun birinci şərti etibardır.
E[redaktə]
- Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.
Ə[redaktə]
- Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.
H[redaktə]
- Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir.
- Həyat əvvəldən axıradək öyrənməkdir.
- Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
İ[redaktə]
- İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
- İnsan yaranışdan gözəldir, sevəndə isə daha da gözəlləşir.
- İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.
K[redaktə]
- Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
- Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.
Q[redaktə]
- Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
- Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdirlər.
Ö[redaktə]
- Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
- Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.
P[redaktə]
- Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
- Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.
S[redaktə]
- Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
- Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar.
- Səni əyyaşlığa və hoqqabazlığa sövq edən və çalışmaq əzmi səninkindən az olan adamla ünsiyyət saxlama.
V[redaktə]
- Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.
Y[redaktə]
- Yaxşı iş gördüyün zaman mükafat gözləmə, Etdiyin yaxşılıq sənin üçün elə ən böyük mükafatdır.
- Yüksək əxlaq yüksək nəcabət göstərir.
- Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.
Z[redaktə]
- Zəka düşüncənin mikroskopudur.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014