Məzmuna keç

Tamil atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlayırsan ağla, amma əkin ək.
  • Atın ölməyi ikiqat zərərdir. (Yəni həm ölümünə, həm də basdırılmağına görə. Hindistanda ölmüş at hökmən basdırılmalıdır).
  • Atlını at nəinki atmır, hətta qəbrini qazmağa da kömək edir.
  • Başıyarım qabda su da şappıldayar, qab da yırğalanar, dolu qabda su sakit durar, qab da sanballı
  • Bir evdə ki, haqq-hesabı kiçik oğul da bilə, oradan dava-dalaş əskik olmaz.
  • Bir quruşluq saymazlıq — yüz minlik itkidir.
  • Birdən — birə varlananda, qonşunun evi gözünə pəyə kimi görünər.
  • Bulaq su quyusundan yaxşıdır.
  • Dağ keçisi bir addım geri çəkilirsə, deməli sonra uzağa atılacaq.
  • Dərin də olsa, dayaz da olsa — şumla, tez-tez də olsa, az-az da olsa — ək
  • Dəymiş meyvə budaqda durmaz.
  • Döyüşdə adamın özünə yox, silahına baxarlar.
  • Düşmən ancaq zəif olanda qəzəbi bildirmək olar.
  • Düşmən zəif olanda qəzəb dönüb olur azğınlıq.
  • Düyü bir ovuc da olsa, onu bişirmək üçün böyük ocaq çatmaq gərəkdir.
  • Düz danışana hamı düşməndir.
  • Əgər çalıbsa — əqrəbdir, çalmayıbsa — mığmığa.
  • Əkinçi varlı olanda hökumət də varlı olur.
  • Əvvəl ağıl ölür, sonra — insan
  • Filin ölüsü də min sikkəyə dəyər.
  • Gəmi gedir — buxta qalır, zaman gedir — söz qalır.
  • Göy xəsis olanda, adamlar da xəsisləşər.
  • Gözünlə gördüyün haqq deyl, qulağınla eşitdiyin haqq deyil, ancaq dərindən — dərinə öyrəndiyin haqdır.
  • Günahkar məlum deyilsə, dili günahkar elə.
  • İynəçilər məhəlləsində iynə satmazlar.
  • Kasıba buynuzsuz buğa da cumar.
  • Qarğadan sona olmaz, lap Qanqın sularına baş vursa da.
  • Qonşusunun bir gözünün kor olması üçün razıdır ki, özü iki gözdən ola.
  • Qurd göz yaşı axıdır ki, quzu yağış altda yuyulsun.
  • Lap hiyləgərin də dediyi yalan, səkkiz günə aşkar olar.
  • Lütlərin ölkəsində paltarları axmaq sayarlar.
  • Min qarğanı qovlamağa bir daş bəs elər.
  • Nə qədər ki, külək əsir, taxılı sovur.
  • Oğruya inanmaq olar, idbara yox.
  • Ovvay da eyibsiz deyil; ən yaxşı müəllim də nöqsansız olmur. (Ovvay — qədim tamil şairəsi, xeyirxahlıq nümunəsi sayılır.
  • Özgənin hesabına xeyirxah olmaq asandır.
  • Paltaryuyan öz kəndinin kasıblarını tanıyır, zərgər də qızıl taxanlarını.
  • Suda — qayıq arabanı çəkir, quruda — araba qayığı.
  • Taxıl bahasa — hər şey bahadır, taxıl ucuzsa — hər şey ucuzdur.
  • Yaxşı buğaya bir dam, yaxşı arvada bir söz bəs elər.
  • Yanan evdən nə çıxartsan sənindir.
  • Yeməmiş doqquz evə getmək olar, geyinməmiş — birinə də yox.

Mənbə

[redaktə]
  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015