Frensis Bekon
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Frensis Bekon (1561-1626) - ingilis materialist filosofu.
A[redaktə]
- Ağıllı insan tapdığından daha çox fürsət yaradan insandır.
- Allah haqqında ona layiq olmayan təsəvvürün olmasındansa, onun haqqında heç bir təsəvvürü nolmaması yaxşıdır.
- Arvad cavan kişinin sevgisi, yetkin kişinin sputniki və qocaların dayəsidir.
- Arvad və uşaqlar insanlıq öyrədir; subaylar isə qaşqabaqlı və sərtdirlər.
- Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir.
B[redaktə]
- Bədbinlik yarasaya bənzəyər, ancaq günəş batandan sonra ortaya çıxar.
- Bəxtin iki övladı var:biri inam, digəri şöhrət.
- Bəzi kitabları dadmaq, bəzi kitabları elə-belə udmaq olar,amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır.
- Bilik güc, güc isə bilikdir.
- Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır.
- Biz bildiyimiz qədərində bacarırıq. Biik gücdür.
- Bizi güclü edən yediklərimiz deyil, həzm etdirdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir.
- Bütün vaxtınızı işə həsr etmək tənbəllikdir.
Ç[redaktə]
- Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər.
D[redaktə]
- Dayaz fəlsəfə insan əqlini allahsızlığa sövq edir, dərin fəlsəfə isə insan əqlini dinə, Allaha doğru yönəldir.
- Dostluq insan sevincini ikiqat artırır, dərdini isə yarıbayarı bölür.
- Dünyada hər şey təkrarlanır.
- Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.
- Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir:möhkəmliyi artsa da, qiymətdən düşür.
E[redaktə]
- Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır.
Ə[redaktə]
- Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.
- Əgər "bilmək" - yada salmaq deməkdirsə, "bilməmək" - unutmaq deməkdir.
- Əxlaqlı adamda hiylə olmaz.
- Ən dəhşətli tənhalıq - dostlarsız qalmaqdır.
- Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır.
F[redaktə]
- Fikirlərin də adamlar kimi öz gəncliyi olur.
G[redaktə]
- Gözəl sifət səssiz tövsiyədir.
H[redaktə]
- Hec bir ehtiras sevgi və paxıllıq qədər insanı ovsunluya bilməz.
- Heç bir fəlakət, heç bir cinayət əyyaşlığın məhv etdiyi qədər insan və sərvəti məhv etmir.
- Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır.
- Həqiqət nüfuzun deyil, zamanın qızıdır. [1]
- Həqiqəti tapmaq istəyirsənsə, axtar, həqiqətlə evlənmək istəyirsənsə, onu öyrən, həqiqətə sahib olmaq istəyirsənsə, ona inan.
- Həqiqi dostu olmamaq tənhalığın ən pisidir.
İ[redaktə]
- İnsan hər vaxt qəhrəman ola bilməz amma hər vaxt insan ola bilər.
- İnsan təbiətində ağıllı olmaqdan əlavə dəlilik vardır.
- İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz.
- İnsanda elə bir daxili inam olmalıdır ki, bütün bədbinlikləri yandırıb kül edə bilsin.
K[redaktə]
- Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox.
- Kitab insan üçün mənəvi qidadır.
- Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən -nəsillərə yetirən fikir gəmisidir.
- Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.
Q[redaktə]
- Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla, haqsızlığa əfv etməklə, yalana doğru ilə cavab ver.
M[redaktə]
- Madam ki, vərdişlərimiz həyatımızın ən əsas hakimləridir, elə isə yaxşı birini hakim etməyə çalışmalıyıq.
- Məlumat gücdür.
- Mənim vicdanımı özümdə saxlamaq üçün vəsaitim çatışmır.
- Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır.
- Millətin dühası, ağlı və ruhu onun zərb - məsəllərində üzə çıxır.
- Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir.
- Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir.
- Mütaliə insanı kamilləşdirir, düşünmək qabiliyyətini artırır, yazmaq isə insana dəqiqliyi öyrədir.
- Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir.
N[redaktə]
- Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.
O[redaktə]
- Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır.
Ö[redaktə]
- Öz zənginliyi ilə hər şeyi ala biləcəklərini düşünənlərin əksəriyyəti hər şeydən əvvəl artıq özlərini satıblar.
- Özünə məxsus olmayanı arzuladıqda, özünə məxsus olanı da itirirsən.
P[redaktə]
- Paxılın bayramı olmaz.
- Pis adam başqalarında da həmişə pislik axtarır.
- Pul gübrə kimidir, bölüşməsən, heç nəyə yaramır.
- Pul yaxşı qulluqçudur, lakin pis ağadır.
- Pulu çox olan yata bilməz.Belələrinin həm beyni, həm də ruhu həmişə oyaq və əndişəlidir.[2]
S[redaktə]
- Sadiq dostları olmayan yalqızdır.
- Sağlam bədən mehmanxana, xəstə bədən xəstəxana kimidir.
- Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir.
- Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür.
Ş[redaktə]
- Şübhələr düşüncələrimiz arasında yarasalara bənzəyirlər - onlar kimi daim alaqaranlıqda uçurlar.
T[redaktə]
- Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır.
- Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür.
V[redaktə]
- Vətənə sevgi ailədən başlanır.
Y[redaktə]
- Yaxşı kitablar həqiqi dostlarımızdır
- Yalan zəiflərin daldanacaq yeri və sığınacağıdır.
- Yalançı - Allaha qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır.
- Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu.
- Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar.
- Yeni qərarlar qəbul etməyənləri yeni problemlər gözləyir.
Z[redaktə]
- Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun.
- Zənginlik insan varlığının ləyaqətli məqsədi ola bilməz.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.