Təklik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı insanlar təklik axtarmaqdan daha çox, axmaq insanların yaratdığı səs-küydən qaçarlar. Artur Şopenhauer
  • Anladım ki, həyatında birinin olmaması deyil, birinin həyatında ola bilməməkmiş təklik. Çarlz Bukovski

Ç[redaktə]

  • Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız Allaha məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan! Şeyx Ədabali

Ə[redaktə]

  • Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır. Frensis Bekon

H[redaktə]

  • Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. Viktor Hüqo

İ[redaktə]

  • İncəsənət ya təklik, ya ehtiyac, ya da ehtiras tələb edir. Aleksandr Düma (oğul)
  • İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern

T[redaktə]

İstinadlar[redaktə]