Əxlaq

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

A[redaktə]

B[redaktə]

  • Bаşçıyа əxlаqın və yа intizаmın zəifləməsi ilə bаrışmаq yоlvеrilməzdir. О, əxlаq və intizаmа söykənir və еlə özü də оnlаrı yаyır. Atilla
  • Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Sinoplu Diogen
  • Bizdən sonrakı nəsillərə faydalı olacaq şəkildə yaşamadıqca və onlara bir az daha görüş, düşünmə, bir az daha çox cəsarət və əxlaq sağlamlığı bıraxmaıdqca həyatdan çəkilməyin. P. Pecaut

Ə[redaktə]

  • Ədalətin olmadığı yerdə əxlaq da yoxdur. Mişel de Monten
  • Əxlaq bütün qanunlardan alidir. Samuel Smayls
  • Əxlaq da sənətdə olduğu kimi heç danışılmaz, ancaq yaşanar. Ernest Renan
  • Əxlaq gözəllik libasında meydana çıxmalıdır. Hegel
  • Əxlaq insanın xarakterində olmalıdır. İmmanuel Kant
  • Əxlaq qanunlarını tapdalamağa heç gəlməz, dərhal qisaslarını alarlar. Lev Tolstoy
  • Əxlaq prinsipləri, həndəsənin dəyişməz qanunlarına bənzər. Tain
  • Əxlaqi davranışın keyfiyyəti işin içində olan insanların sayına tərs mütənasib olaraq dəyişir. Oldos Haksli
  • Əxlaqın olmadığı yerdə qanun bir şey edə bilməz. Napoleon Bonapart
  • Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur. Samuel Smayls
  • Ən yaxşı əxlaq məktəbi ailədir. Samuel Smayls
  • Əsl yetimlər anadan atadan deyil elm və əxlaqdan məhrum olanlardır. Həzrəti Əli
  • Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. Mirzə Fətəli Axundov

H[redaktə]

  • Həyatda müvəffəq olmanın əsaslı vasitəsi xarakter və əxlaq möhkəmlikdir. İsmət İnönü

G[redaktə]

  • Gözəl olan hər şey əxlaqidir. Flober
  • Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır. Füyuzat jurnalı

İ[redaktə]

  • İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. İmmanuel Kant

Ö[redaktə]

  • Öz subaylarınızı evləndirin. Bu əmələ Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar. Məhəmməd peyğəmbər

İstinadlar[redaktə]

  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005