Xüsusiyyət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer

B[redaktə]

  • Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs göstərərək, çox iş görə bilir. Heydər Əliyev
  • Bir millətin xüsusiyyəti onun zahirdəki davranışları ilə ortaya çıxır. Yohann Volfqanq Göte
  • Bir sənətçi ancaq iki xüsusiyyətini heç bir şəkildə göz ardı etmirsə sənətçidir. Bu iki xüsusiyyət: eyni anda həm özü həm də bir başqası ola bilmə gücüdür. Şarl Bodler
  • Biz dünyanın yaradılışını Rəbbin adı ilə bağlaya bilərik, lakin o şəxsi olmayan Rəbb olacaq. Fizika qanunlarında heç bir şəxsi xüsusiyyət yoxdur. Stiven Hokinq
  • Böyük səbir lazımdır! İlhama ümid bəsləməyin. Ümumiyyətlə, hər hansı bir ilham mövcud deyildir. Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər - müdriklik, diqqətlilik, səmimilik və iradədir. İşinizi dürüst zəhmətkeşlər kimi yerinə yetirin. Oqust Rodin

D[redaktə]

  • Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir. Fyodor Dostoyevski

Ə[redaktə]

F[redaktə]

  • Fəzilətin xüsusiyyəti yaxşılığı qəbul eləmək, utanverici əməl etməkdə yox, yaxşılıq və gözəl əməllər etməkdədir. Aristotel

H[redaktə]

  • Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır... Buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar. Sultan Məcid Qənizadə
  • Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin, əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır. Karamazov qardaşları
  • Hərdən mənə elə gəlir ki, beynin ən yaxşı xüsusiyyəti unutmaq qabiliyyətinin olmasıdır. Mel Qibson
  • Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon

X[redaktə]

  • Xalqımızın ən ali və ən xarakterik xüsusiyyəti ədalət hissi və onu istəməsidir. Fyodor Dostoyevski

İ[redaktə]

  • İlk baxışdan səni anlayan insan tapmaq çox vacibdir. Çünki, belə bir xüsusiyyət hər adama verilmir. Salvador Dali
  • İnsan təbiətində, xüsusi ilə də ruslarda əcaib bir xüsusiyyət var: o, başqasının ona əyildiyini və ya güzəştə getdiyini görcək, onun özü az qala üzr istəməyə hazır olur. Nikolay Qoqol
  • İnsan zehninin ikinci xüsusiyyəti, insanların uzaq və bilinməyən şeylər haqqında heç bir təsəvvür yarada bilmədikləri yerdə, bilinən və mövcud olan şeylərə görə mühakimə etmələridir. Cambattist Viko
  • İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon Bonapart

K[redaktə]

  • Kişilərin ağlı evdar qadın axtarar, amma ürəyi və təxəyyül başqa xüsusiyyətlər arxasındadır. Höte

P[redaktə]

  • Pul insanın əsas xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarır. Uorren Baffett

R[redaktə]

  • Rəssamlıqda olduğu kimi əxlaqda da əsas xüsusiyyət gözdə yox, işindədir. Jül Renar

S[redaktə]

  • Sevgi bir faktorluqdur; passiv bir hadisə deyil; bir şeyin içində olmaqdır, bir şeyə qapılmaq deyil. Sevginin faktor xüsusiyyəti, ən ümumi şəkildə belə təyin oluna bilər; sevgi verməkdir, almaq deyil. Erix Fromm
  • Sevgi qürurlu ürəkləri ram edir, təkəbbürlüyə iltifatlı olmağı öyrədir, amma onun əsas xüsusiyyəti hər şeyi yüksəltmək və nəcibləşdirməkdir. O, şahzadəni rəiyyətə çevirmir, amma rəiyyəti şahzadə edə bilir. Mayn Rid
  • Sərxoşluğun üç yaxşı xüsusiyyəti var: o, bizi pulsuz zənginləşdirir, gücsüz güclü edir və səbəbsiz ağıllı edir. Avstriya atalar sözləri

T[redaktə]

  • Təһsil alan adam yaxşı yatır, özü-öz һəkimi olur. Səbirli olmaq, məqsədyönlülük, biliyi artırmaq, insani yetkinlik kimi xüsusiyyətlər təһsillə əlaqədardır. Hind atalar sözləri
  • Türkün ən əhəmiyyətli xüsusiyyəti təşkilatçılığıdır. Alparslan Türkeş

Y[redaktə]

  • Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək. Sokrat

Z[redaktə]

  • Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi

İstinadlar[redaktə]

  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.25