Jül Renar
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Jül Renar (1864 — 1910) — Fransa yazıçısı
A[redaktə]
B[redaktə]
- Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.
- Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq
- Biz bu dünyada ancaq gülürük : cəhənnəmdə mümkün deyil, cənnətdə isə düzgün deyil.
D[redaktə]
- Dediyin, söylədiyin kimi yaz. Əlbəttə, əgər yaxşı söyləyə bilərsənsə.
- Dilənçiliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu-biganəlikdir.
- Dostlar yoxdur: dostluq anları var.
- Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvanizətdə olsun.
Ə[redaktə]
- Ədəbiyyatda ancaq öküzlər var. Dahilər onların ən böyüyüdür - gündə on səkkiz saat yorulmadan əylənə bilənlər.
- Əgər dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun.
- Əgər siz səadət evini qursaydınız, o halda, ən iri otağı gözləmə zalına ayırmalı olardınız.
G[redaktə]
- Gözəl danışan natiqin çox danışdığı heç vaxt hiss olunmur.
- Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir.
H[redaktə]
- Həqiqətə vurğun adamın şair və ya dahi olması lazım deyildir.O adam özlüyündə həm şair, həm də dahidir.
- Hər qadının içində bir qaynana yaşayır.
İ[redaktə]
- İfadə düşüncə süzgəcidir.
- İki cür insan var: bəziləri dünyanı yuvarlayır, bəziləri isə qaçıb qışqırır: “İlahi, bu dünya hara yuvarlanır?”
- İnsan xoşbəxt deyil: bizim xoşbəxtliyimiz bədbəxtliyin susmasıdır.
- İstedad kəmiyyət məsələsidir.
- İstedadlı adam istedadından istifadə etməyi bacardığını da sübuta yetirməlidir.
- İş bəzən balıq olmadığı yerlərdə balıq tutmaq kimi bir şeydir.
K[redaktə]
- Klassik - mükəmməl olan mütləq deyil; bu o deməkdir ki, hərdən bir insana gözəl bir şey yaratmaq istedadı verilir.
Q[redaktə]
- Qadın dərisinə böyük tələbat olan gözəl, tüksüz heyvandır.
- Qocalıq o zaman gəlir ki, insan “özümü heç vaxt belə gənc hiss etməmişdim” deməyə başlayır .
Q[redaktə]
- Qocalıq qar kimi birdən gəlir. Səhər oyanırsan, görürsən ki, hər şey ağdır.
L[redaktə]
- Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərcə qaralama tələb edir.
M[redaktə]
- Müvəffəqiyyətin təhlükəsi ondan ibarətdir ki, bu, bizə dünyanın dəhşətli ədalətsizliyini unutdurur.
N[redaktə]
- Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan.
- Nəhayət, insanı digər heyvanlardan nəyin ayırdığını bilirəm: pul qayğıları.
Ö[redaktə]
- Özündən heç vaxt razı qalmamaq - bütün məharət bundadır.
- Özünə məftun adam hətta başqalarının xoşbəxtliyinə də razı olar, bir şərtlə ki, bu xoşbəxtliyi onlar üçün özü gətirmiş olsun. [2]
- Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar.
R[redaktə]
- Rəssamlıqda olduğu kimi əxlaqda da əsas xüsusiyyət gözdə yox, işindədir.
S[redaktə]
- Səfeh öz səfehliyini başa düşürsə, demək çox da səfeh deyil, lakin tənbəl öz tənbəlliyini başa düşə bilər, buna heyfsilənər və tənbəl olaraq qalar.
- Söz düşüncə üçün üzrxahlıqdır.
T[redaktə]
- Tənbəlliymizə görə bizi təkcə öz uğursuzluğmuz yox, həm də başqalarının bədbəxtliyi cəzalandırır.
Y[redaktə]
- Yalan danışmaq oğurluq etməkdən də alçaq işdir.
- Yazı kəsilmədən danışmağın ən yaxşı yoludur.
- Yeganə sadiq dost olmağa cəhd göstərmək böyük səhvdir.
- Yenidən yaşasaydım, həyatın bu günə qədər olduğu kimi olmasını istərdim, sadəcə gözlərimi bir az daha açardim.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014