Heydər Əliyev

Vikisitat saytından
Jump to navigation Jump to search
Heydər Əliyev
Heydər Əliyev 1997-ci il
Heydər Əliyev 1997-ci il
Heydər Əliyev 1997-ci il
Tam adı Heydər Əlirza oğlu Əliyev
Doğum tarixi 10 may 1923
Doğum yeri Naxçıvan şəhəri
Vəfatı 12 dekabr 2003
Vəfat yeri Ohayo, ABŞ
Vikipediya məqaləsi

Heydər Əlirza oğlu Əliyev — Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl olan yerdə zora ehtiyac yoxdur.
  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır.
  • Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
  • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
  • Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.
  • Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək.
  • Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.
  • Azərbaycan onun ərazisində yaşayan bütün millət va xalqların ümumi Vətənidir.
  • Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.
  • Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.
  • Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur.
  • Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.
  • Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik.

B[redaktə]

  • Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır.
  • Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs göstərərək, çox iş görə bilir.
  • Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
  • Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur.
  • Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır.
  • Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik.
  • Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik.
  • Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər.
  • Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik.
  • Biz təbiətə qarşı zor işlədə bilmərik.
  • Bizim hamımızın bir vətəni var. Bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
  • Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır.
  • Böyük siyəsəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
  • Böyük siyasətdən bixəbərlərin bu siyasət aləminə atılmaları faciələr doğurur.

C[redaktə]

  • Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

D[redaktə]

  • Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur.
  • Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
  • Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!
  • Dövlət xalqın işi olmalıdır.
  • Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
  • Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
  • Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.
  • Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.
  • Dünyada elə bir hakim yoxdur ki, kimin demokratlara, kimin isə antidemokratlara mənsub olduğunu müəyyən edə bilsin.
  • Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.

Ə[redaktə]

  • Ədaləti ədalətsizliklə bərpa etmək olmaz.
  • Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
  • Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik. ”Buna görə də“...hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.
  • Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

F[redaktə]

  • Fikir müxtəlifliyi təbii hadisədir.

G[redaktə]

  • Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü xarekteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır.
  • Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

H[redaktə]

  • Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir.
  • Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır.
  • Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
  • Heç bir ölkəni özünə düşmən etməməlisən.
  • Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
  • Heç kim düşünməməlidir ki, məsələni dinc vasitələrlə həll etmək istəyimiz bizim hərbi cəhətdən zəifliyimizin əlamətidir. Yox, biz sadəcə olaraq müharibə istəmirik.
  • Heç kim əbədi qalib ola bilməz.
  • Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!
  • Həkimlik öz xalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir.
  • Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
  • Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.
  • Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.
  • Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməlidir.
  • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün

olur.

  • Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
  • Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
  • Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.
  • Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir.

X[redaktə]

  • Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
  • Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
  • Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
  • Xalq gərək daim öz kökünü xatırlasın.
  • Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
  • Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir.
  • Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
  • Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!
  • Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır.
  • Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.
  • Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.
  • Xalqın adından danışan hər kəs, ilk növbədə, özü-özündən soruşmalıdır ki, xalq ona onun adından danışmaq səlahiyyəti veribmi? Əgər belə bir səlahiyyət yoxdursa, günlərin bir günü onun yaxasından tutub boşboğazlıq üstə ittihama çəkəcəyi şəksizdir.
  • Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.

İ[redaktə]

  • İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
  • İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
  • İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.[1]
  • İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
  • İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
  • İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.

K[redaktə]

  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.[2]
  • Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.
  • Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.
  • Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir.
  • Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Q[redaktə]

  • Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir.
  • Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.

M[redaktə]

  • Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
  • Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
  • Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm.
  • Mən bir prezident kimi özümə əvəz hazırlamaq barədə bir an da düşünmürəm. Azərbaycan xalqı həmişə özünə layiqli başçı seçməyə qadir xalqdır.
  • Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma. Bəlkə də ən çox xalqıma.
  • Mən çox məmnunam ki, respublikamızın hüdudlarından kənarda, o cümlədən ABŞ-da azərbaycanlılar artıq bir-birinə yaxınlaşmışlar, bir yerə toplaşmışlar və cəmiyyətlər qururlar.
  • Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
  • Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.
  • Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
  • Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.
  • Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır.
  • Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir.
  • Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
  • Müvəffəqiyyət heç zaman öz-özünə əmələ gəlmir, müvəffəqiyyətlərə nail olmaq üçün böyük, düşünülmüş, ardıcıl və müntəzəm iş aparılmalıdır.

Ö[redaktə]

  • Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.
  • Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!
  • Özəl sektorun inkişafı dövlət mülkiyyətinin dağıdılması yolu ilə yox, dövlət mülkiyyətinin qanun-qayda ilə, ədalətli özəlləşdirilməsi yolu ilə getməlidir.

R[redaktə]

  • Respublikamızda bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçmək üçün mülkiyyət forması dəyişməlidir, özəlləşmə getməlidir.
  • Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
  • Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.
  • Rüşvətxorluq bizi içimizdən yeyir.

S[redaktə]

  • Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur.
  • Sənətdə hər kəsin öz yeri var, heç kəs kiminsə yerini almır.
  • Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

T[redaktə]

  • Tarix heç nəyi silmir.
  • Tarix həmişə hər şeyi öz yerinə qoyur.
  • Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
  • Tariximiz bizim üçün dərs olmalıdır.
  • Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
  • Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır.

U[redaktə]

  • Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.

V[redaktə]

  • Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!
  • Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daima yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
  • Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.
  • Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
  • Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.
  • Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.

Y[redaktə]

  • Yaxşı da, pis də olsa yaşadığın illəri kiminsə, nəyinsə xatirinə silib atmaq olmaz. Çünki o, tarixdir, tarixi silmək isə heç kəsə müyəssər olmayan bir işdir.
  • Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.
  • Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Z[redaktə]

  • Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.
  • Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.

Dil haqqında dedikləri[redaktə]

  • Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.
  • Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.[3]
  • Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur.
  • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
  • Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
  • Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz.
  • Millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz.
  • İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
  • Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.

Təhsil haqqında dedikləri[redaktə]

Əsas məqalə: Heydər Əliyev/Təhsil
  • Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
  • Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
  • Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.
  • Həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır.
  • Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır.
  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.
  • Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
  • Müəllimlik sənəti şərəfli bir sənətdir.
  • Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
  • Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
  • Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
  • Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
  • Təhsil millətin gələcəyidir.

Naxçıvan haqqında dedikləri[redaktə]

  • Naxçıvan mənim ana torpağımdır.
  • Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi düzgün yoldadır.
  • Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz.
  • Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz.
  • Konstitusiyada Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi müəyyən olunubdur.
  • Naxçıvan Azərbaycan Respublikasının tərkibində Muxtar dövlətdir.
  • Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız.
  • Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən həmişə Sizə sadiq olmuşam, bundan sonra da sadiq olacağam.
  • Qədim Naxçıvan torpağına eşq olsun!
  • Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.
  • Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük qəhrəmanlıq nümunələri göstərmişlər.
  • Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə, Muxtar Respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.
  • Mən nə doğulduğum yeri heç vaxt unuda bilərəm, nə də ki, üç il müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar Sizinlə birlikdə gördüyüm işləri.
  • Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox gözəl bir vəziyyətdə yaşayır.
  • Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır.
  • Saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında baş əymişəm və baş əyirəm.
  • Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm.
  • Naxçıvanlılar özlərinə məxsus ad qazanıblar.
  • Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin.
  • Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərini dəyanətli, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar.
  • Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.
  • Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixn dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük tohfələri olmuşdur.
  • İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yəni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər.
  • Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır.
  • Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər.
  • Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.
  • Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Universitetinin doktoruyam.
  • Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir.
  • Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır.
  • Naxçıvanda son illərdə quruculuq işləri gedir - məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir.
  • Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradırlar.
  • Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.
  • Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir.
  • Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çoz zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir.
  • Naxçıvan qədim zamanlarda Azərbaycanın ən mötəbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.
  • Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir.
  • Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.
  • XlX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir.
  • Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur.
  • Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.
  • Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bu günkü dilimin əsasını təşkil edir.
  • Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların, akademiklərin, professorların, unuversitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda başlayıblar.
  • Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbabətidir.
  • Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir.
  • Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.
  • Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir.
  • Belə ağır şəraitdə biz yaşadıq, amma Naxçıvan əyilmədi, Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə çıxdı.
  • Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.
  • İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür.
  • Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur.
  • Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəz olmayan bir sənətdir.
  • Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir dövrdə, yəni gərgin mübarizələr nəticəsində olmuşdur.
  • Naxçıvanın muxtariyyət alması və 75 il müddətində Muxtar Dövlət kimi yaşaması böyük hadisədir.
  • Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur.
  • Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan çıxarmamışam.
  • Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox, bizi müdafiə etdi.
  • Naxçıvan camaatı burada mənə böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur, mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.
  • Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər desəm yenə də tükənməz.

Heydər Əliyev haqda sitatlar[redaktə]

  • Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.[4]
  • Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir. Vladimir Putin
  • Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
  • Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
  • Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
    • Fransa Respublikasının 22-ci Prezidenti Jak Şirak
  • Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Toni Bleyr
  • Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
    • Böyük Britaniyanın 73-cü Baş naziri Toni Bleyr
  • Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.[5]
  • Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var.
  • Azərbaycan kimi mürəkkəb yerdə, inanmıram ki, Heydər Əliyevdən başqası baş çıxara bilərdi. O, gəlməsəydi, dövlət baş tutmayacaqdı.[6]
  • Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[7]
  • Güclü, cəsur Heydər Əliyeviçi insani səviyyədə incitdilər, amma o, antik qəhrəman kimi doğma torpağına gəldi, əlini ona basdı, qüvvət topladı və öz xalqına başçılıq etdi.[8]
    • Rusiyanın tərkibində olan Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti Aleksandr Dzasoxov
  • Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir.[9]
  • Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi.[10]
  • Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi.[11]

Mənbə[redaktə]

  • Xəzinə. Bakı,1997

İstinadlar[redaktə]

  1. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  2. Xəzinə. Bakı, 1997. səh.56
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000-2008)
  5. Bənəzir Bhutto, Pakistanın baş naziri (1988-1990 və 1993-1996)
  6. “Heç vaxt dissident olmamışam” - BRİFİNQ - FOTO
  7. Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti
  8. Aleksandr Dzasoxov, Şimalı Osetiya-Alaniya Prezidenti (1998-2005)
  9. “Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.109.
  10. Eduard Şevardnadze, Gürcüstan Prezidenti (1992-2003)
  11. "Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.94.

Xarici keçidlər[redaktə]

Vikianbarda Heydər Əliyev ilə əlaqəli mediafayllar var.

Vikipediyada Heydər Əliyev haqqında məqalə var.

Vikimənbədə Heydər Əliyev ilə əlaqəli məlumatlar var.