Uorren Baffett
Jump to navigation
Jump to search
Uorren Edvard Baffett (ing. Warren Edward Buffett [ˈbʌfɨt]; 30 avqust 1930, Omaha, Nebraska — Amerikalı sahibkar, dünyanın ən böyük və ən tanınmış investorlarından biri. Sərvəti 2018-ci ilin sentyabrında 108,4 milyard dollar 12 fevral 2019-cu ildə isə 84,9 milyard dollar qiymətləndirilərək onu dünyanın dördüncü ən varlı adamı etdi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ancaq qabarma-çəkilmə başa çatdıqdan sonra kimin çılpaq üzdüyünü anlaya bilərsiniz.
B[redaktə]
- Başım çıxmayan işlərə sərmayə qoymaram.
- Bir balığa quruda gəzməyin nə olduğunu öyrədə bilərsinizmi? Quruda bir günlük gəzinti onun haqqında min il danışmaqdan daha gözəldir. Biznes də belədir.
- Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir.
C[redaktə]
- Corab da olsa, aksiya da olsa, qiyməti enəndə alaram. Bəlkə də bacardığım yeganə şey budur.
Ç[redaktə]
- Çayın dərinliyini iki ayağınızla birdən ölçməyə çalışmayın.
- Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır.
D[redaktə]
- Daim özündən daha yaxşı mövqedə olan insanlarla birlikdə olmaq yaxşıdır, çalışın sizdən daha yaxşı tərzə malik olan insanlarla vaxt keçirin. Tədricən onlara bənzədiyinizi görəcəksiniz.
- Dürüstlük çox bahalı bir hədiyyədir, onu ucuz insanlardan gözləməyin.
E[redaktə]
- Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə.
Ə[redaktə]
- Əgər ehtiyacınız olmayan şeylər satın alsanız, bir müddət sonra ehtiyacınız olan şeyləri satmağa məcbur olarsınız.
H[redaktə]
- Hətta siz çox bacarıqlı olsanız və böyük səy göstərsəniz belə bəzi nəticələr üçün zaman lazımdır. Siz 9 qadını hamilə qoysanız belə heç vaxt bir aya uşaq dünyaya gətirə bilməzsiniz.
X[redaktə]
- Xərclədikdən sonra yerdə qalanı yığmayın, yığacağınızı kənara ayırdıqdan sonra yerdə qalanı xərcləyin.
Q[redaktə]
- Qiymət - ödədiyiniz; dəyər - isə əldə etdiyinizdir.
İ[redaktə]
- İşə «rəqs edərək» getmirsinizsə o işi tərk edin. Böyük ehtimalla pul qazanmayacaq, sərvət yaratmayacaqsınız.
P[redaktə]
- Pul insanın əsas xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarır.
S[redaktə]
- Sadə olun! Elə danışın ki, 7 yaşındakı da, 77 yaşındakı da anlasın.
- Sizə necə varlı olmağı deyəcəm. Qapıları bağlayın. Digərləri hirslənəndə bitərəf olun, digərləri bitərəf ikən hirsli.
U[redaktə]
- Uşaq oyunlarını sevirəm; vedrədəki balığı ovlamağı sevirəm, ancaq vedrədəki su boşaldıqdan sonra.
- Uğurun 6 qaydasına ciddi riayət edin:
- Kredit kartlarından uzaq olun.
- Kapitalı özünüzə qoyun, unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır.
- Bacardığınız qədər sadə həyat tərzi sürün.
- Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə.
- Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
- Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqalarının yox!
Y[redaktə]
- Yaxşı işləyənlərə malik olan şirkət qurun.