Vaxt
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, əql gücünə qazanılmışdır. Lev Tolstoy
D[redaktə]
- Dua: Vaxtın bərəkətli olsun. Əbu Turxan
Ə[redaktə]
- Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq. Əbu Turxan
G[redaktə]
- Gözəllik çox vaxt qüsurları gizlədən bir örtükdür. Onore de Balzak
H[redaktə]
- Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur. Oskar Uayld
- Hər aşiq olduğun vaxt ilk sevdiyin vaxtla eynidir əslində. Oskar Uayld
- Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata. Jorj Sand
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
Ö[redaktə]
- Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Onore de Balzak
S[redaktə]
- Saf və sadə həqiqət çox nadir halda saf olur, amma heç vaxt sadə olmur. Oskar Uayld
- Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə cəsarətin çatmayan bütün günahları təqdim edirəm. Oskar Uayld
Ş[redaktə]
- Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib. Jorj Sand
Ü[redaktə]
- Ümidləri heç vaxt puça çıxmayanlar heç vaxt ümid etməyənlərdir. Corc Bernard Şou
V[redaktə]
- Vaxt atlı, biz piyada. Azərbaycan atalar sözləri/V
- Vaxt ikən ağla, aşiq, el gələr, tühlük olar. Azərbaycan atalar sözləri/V
- Vaxt insana hər şeyi öyrədər. Azərbaycan atalar sözləri/V
- Vaxt olar ki, şahın da qaraçıya işi düşər. Azərbaycan atalar sözləri/V
- Vaxt rahatlıq bilmədən əbədi hərəkətdədir və onu başqa cür düşünmək olmaz. Lev Tolstoy
- Vaxtı öldürmək ən bahalı əyləncədir. Onore de Balzak
- Vaxtını itirən, bəxtini itirər. Azərbaycan atalar sözləri/V
- Vaxtsız açılan gül tez solar. Azərbaycan atalar sözləri/V
- Vaxtsız banlayan xoruzun başını kəsərlər. Azərbaycan atalar sözləri/V
- Vaxtsız qonaq öz kisəsindən yeyər. Azərbaycan atalar sözləri/V