Məzmuna keç

Azərbaycan atalar sözləri/V

Ü Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Y
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Vaxt atlı, biz piyada.
  • Vaxt ikən ağla, aşiq, el gələr, tühlük olar.
  • Vaxt insana hər şeyi öyrədər.
  • Vaxt olar ki, şahın da qaraçıya işi düşər.
  • Vaxtını itirən, bəxtini itirər
  • Vaxtsız açılan gül tez solar.
  • Vaxtsız banlayan xoruzun başını kəsərlər.
  • Vaxtsız qonaq öz kisəsindən yeyər.
  • Var evi-kərəm evi, Yox evi, vərəm evi.
  • Var günün dostu çox olar.
  • Var var üstündən gələr.
  • Var yıxmayanı fələk də yıxmaz.
  • Varını verən utanmaz, yoxdan verən axmaqdır.
  • Varlı kisəsini döyər, kasıb dizini.
  • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • Varlı umduğunu yeyər, kasıb - olduğunu.
  • Varlığa güvənməzlər.
  • Varlığa nə darlıq?!
  • Varlılığa tələsən yoxsulluğa tez düşər.
  • Varlının çörəyi kasıbın çənəsini yarar.
  • Varlının eşşəyi də yeyin gedər.
  • Varlının xoruzu da yumurtlayar.
  • Varlının iti harın olar.
  • Varlının malı, kasıbın övladı.
  • Varlının malı gedər, muzdurun canı.
  • Varlının torpağından çay keçər, kasıbınkından yol.
  • Varlının varı yoxsulun çənəsini yorar.
  • Varsa əgər hünərin, hara getsən var yerin.
  • Vay o kişinin halına ki, yeməyi, içməyi saxlaya arvadının sonrakı ərinə.
  • Vay o gündən ki, adamın öz iti özünü tuta.
  • Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
  • Verən əl alan əlin üstündə olar.
  • Verən əli kəsməzlər.
  • Verəndə imam olur, alanda şümür.
  • Verərsən pendir - elərəm kəndir, verərsən aş - elərəm baş.
  • Verim vara baxmaz.
  • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • Vəsiyyət yüngüllükdür.
  • Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
  • Vətən daşı olmayandan, olmaz vətəndaşı.
  • Vətən elin evi, dayağıdır.
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün.
  • Vətən viranə də olsa,yəqin,cənnətdir.
  • Vətən yadına düşən qərib, ağlamasın neyləsin?
  • Vətənə gəldim, imana gəldim.
  • Vətəndən ayrı düşsəm, viran ollam, talannam.
  • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır.
  • Vətənin tüstüsü də şirindir.
  • Vətənsiz oğul olmaz.
  • Vəz oxumaq asan işdir, əməl eləyən gərək.
  • Vur dedik, öldür demədik.
  • Vur deyənlə vuran yarıdır.
  • Vur ki, beşik daldadı, Seyyid Əli xırmandadı.
  • Vura bilməyən daşın böyüyündən yapışar.
  • Vuran igid dayısına gəyişməz.
  • Vuran oğul ataya baxmaz.
  • Vuran öküzə Allah buynuz verməz.