Varlı
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bizi güclü edən yediklərimiz deyil, həzm etdirdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir. Frensis Bekon
D[redaktə]
- Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri
Ə[redaktə]
- Əkinçi varlı olanda hökumət də varlı olur. Tamil atalar sözləri
- Əlini ağdan qaraya vurmayan adamı heç göylər də varlı edə bilməz. Sokrat
- Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. Nikola Şamfor
H[redaktə]
- Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz. Oskar Uayld
X[redaktə]
- Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. Klod Adrian Helvetsi
İ[redaktə]
- İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
Q[redaktə]
- Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Corc Herbert
M[redaktə]
- Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur. Corc Soros
N[redaktə]
- Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. Fransua de Laroşfuko
S[redaktə]
- Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır. Artur Şopenhauer
- Səbrli adam varlı olar. Xausa atalar sözləri
- Sizə necə varlı olmağı deyəcəm. Qapıları bağlayın. Digərləri hirslənəndə bitərəf olun, digərləri bitərəf ikən hirsli. Uorren Baffett
V[redaktə]
- Varlı bilmir ki, kasıbın dodaqları nə pıçıldayır. Fin atalar sözləri
- Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə. Fin atalar sözləri
- Varlı kisəsini döyər, kasıb dizini. Azərbaycan atalar sözləri/V
- Varlı o kəsdir ki, çoxlu yaxşılıq edib; ondan varlı o kəsdir ki, çoxlu uşağı var; onlardan da varlı o kəsdir ki, çoxlu biliyi var. Monqol atalar sözləri
- Varlı olub biyabır olmaqdan, kasıb olub hörmətli olmaq yaxşıdır. Fin atalar sözləri
- Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır. Azərbaycan atalar sözləri/V
- Varlı umduğunu yeyər, kasıb - olduğunu. Azərbaycan atalar sözləri/V
- Varlı üçün yoxsul qohum, yad kimidir. Madaqaskar atalar sözləri
- Varlının çörəyi kasıbın çənəsini yarar. Azərbaycan atalar sözləri/V
- Varlının eşşəyi də yeyin gedər. Azərbaycan atalar sözləri/V
- Varlının xoruzu da yumurtlayar. Azərbaycan atalar sözləri/V
- Varlının iti harın olar. Azərbaycan atalar sözləri/V
- Varlının malı gedər, muzdurun canı. Azərbaycan atalar sözləri/V
- Varlının malı, kasıbın övladı. Azərbaycan atalar sözləri/V
- Varlının torpağından çay keçər, kasıbınkından yol. Azərbaycan atalar sözləri/V
- Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün. Azərbaycan atalar sözləri/V
Y[redaktə]
- Yoxsul varlandıqca ağıllanar, varlı kasıblaşdıqca sərsəmləyər. Fin atalar sözləri