Klod Adrian Helvetsi

Vikisitat saytından
Jump to navigation Jump to search

Helvetsi Klod Adrian (1715-1771) - fransız filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir.
  • Ağıl və sevgi xasiyyəti yumşaldır.

B[redaktə]

  • Başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz.
  • Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir.
  • Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.

X[redaktə]

  • Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.
  • Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir, maarifdir, müdriklikdir.

İ[redaktə]

  • İctimai səadət-ən yüksək qanundur.
  • İlk rəssamın qələmini məhəbbət yonmuşdur.
  • İstəklər sevginin çiçəkləridir, həzz isə meyvələridir.

O[redaktə]

  • Oğurlanmış öpüş istila edilmiş krallıqdan yaxşıdır.

P[redaktə]

  • Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.

S[redaktə]

  • Sevgi əsas məşğuliyyət olduqda əxlaqi günah olur. O, onda ağılı zəiflədir və qəlbi pisləşməyə məcbur edir.
  • Səhv edə bilmək qorxusu bizi həqiqət axtarışlarından çəkindirməməlidir.
  • Sən insanların xoşuna gəlmək istəyirsən? Onların ağlını qiymətləndir.

T[redaktə]

  • Tərbiyə hər şeyə qadirdir.

Y[redaktə]

  • Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005