Corc Herbert

Herbert Corc Herbert (ingilis dilində George Herbert; 3 aprel 1593,Montqomeri, Uels — 1 mart 1633, Bimerton, Uiltşir) - ingilis şairi, yazıçısı, rahib

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq.
- Arvad seçimini və qılınc almağı başqasına həvalə etmək olmaz.
- Ayaqyalın olmaq ayaqsız olmaqdan daha yaxşıdır.
B[redaktə]
- Başqalarını əfv etməyənlər özlərinin keçmək məcburiyyətində olduqları körpünü yıxırlar.
- Bir ata yüz müəllimə əvəzdir.
- Bir insanı mübahisədə və səfərdə tanıyacaqsınız.
- Bir qılınc digərini qınında qalmağa məcbur edir.
- Böyük ağaclar kölgə verməkdən başqa işə yaramazlar.
D[redaktə]
- Dənizi təriflə, amma, sahildə dayan.
Ə[redaktə]
- Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər.
- Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən.
- Ən yaxşı güzgü köhnə dostdadır.
F[redaktə]
- Fırtınalar palıd ağaclarının köklərini yerə daha dərindən böyütməsindən məsuldur.
G[redaktə]
- Günəş hər yerdə səhərlər doğar.
H[redaktə]
- Hadisələrin gedişatı bizim qətiyyətli iradəmizdən və səylərimizdən asılıdır.
- Heç kim, başqa birinin kürəyindəki yükün ağırlığını bilə bilməz.
- Hər insan bir dünyadır.
İ[redaktə]
- İçki içəri girən kimi, ağıl çölə çıxır.
- İnsanlıq tarixi düşüncə tarixidir.
- İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güçlü, zəngin və ağıllı ola bilməz.
K[redaktə]
- Kişinin elm və bacarığı, qadının nəsil-nəcabəti əhəmiyyətlidir.
- Kök adam arıq adamın nə düşündüyünü bilməz.
Q[redaktə]
- Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.
- Qəzəb şeytan əməlidir və həmişə peşmançılıqla qurtarır.
- Qocalara, yoxsullara, yetimlərə kömək əli uzatmaqla həmişə sevinc içində olarsınız.
L[redaktə]
- Lütf ona rəhbərlik etmədikcə, bilik axmaqlıqdır.
P[redaktə]
- Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.
S[redaktə]
- Susmaq çarə deyil, doğru-dürüst danışmağı öyrənmək lazımdır.[1]
Ş[redaktə]
- Şüşədən olan evin içində oturanlar başqalarına daş atmamalıdırlar.
Y[redaktə]
- Yaxşı ana min müəllimə dəyər.
- Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.
- Yaxşı sözlərin çox qiyməti vardır, pul ilə alına bilməz.
- Yoxsulluq günah deyil.
V[redaktə]
- Var-dövlətə görə evlənən öz azadlığına "əlvida" deyir.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.404.