Corc Soros

Vikisitat saytından
Corc Soros
Doğum tarixi 12 avqust 1930
Doğum yeri Budapeşt
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Corc Soros, (12 avqust 1930-cu ildə anadan olub) Macarıstan əsilli Amerikalı iş adamı? Spekulyant və filantrop



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D[redaktə]

  • Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir.
  • Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham.

X[redaktə]

  • Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram.

M[redaktə]

  • Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm.
  • Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim.
  • Mən heç zaman verilmiş qaydalar çərçivəsinə oynamır, həmişə oyunun qaydalarını dəyişməyə çalışıram.
  • Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır.
  • Mən həmişə maliyyə vəziyyətimin mənə verdiyi imkanlardan daha sadə yaşamışam.
  • Mən kifayət qədər tənqidi ruhlu insanam və nöqsanları təkcə ətrafdakı insanlarda deyil, həm də özümdə axtarıram.
  • Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram.
  • Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm.
  • Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır.
  • Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam.
  • Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm.
  • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər.
  • Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur.
  • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz.
  • Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm... Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam.
  • Mənə dahi statusu vermələri məni çox əyləndirir.
  • Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır.
  • Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir.
  • Mənim özəlliyim ondadır ki, konkret bir investisiya tərzinə riayət etmirəm.
  • Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq.
  • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim.

Ö[redaktə]

  • Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim.

P[redaktə]

  • Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir.

S[redaktə]

  • Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir.

U[redaktə]

  • Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır.

Z[redaktə]

  • Zərurət olanda isə mən sadəcə qəzəblə işləyirəm, çünki işləmək məcburiyyətində olmağım məni dəhşət qəzəbləndirir.

Mənbə[redaktə]

İstinadlar[redaktə]