Pul
A[redaktə]
- Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. - Bernard Şou
- Ağıl çox - pul yox, ağıl yox - pul çox. - Azərbaycan atalar sözləri
- Ağlatsam alacağim pul üzümü güldürər güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram. - Platon
B[redaktə]
- Bələdçisi pul olana hər qapı açıqdır. - Uilyam Şekspir
C[redaktə]
- Cibində pul var ikən sadəcə sən kim olduğunu unudarsan, ancaq cibində pul yoxdursa bütün dünya sənin kim olduğunu unudar. Budur həyat. Bill Geyts
Ç[redaktə]
- Çox pul haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)
- Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. Bertold Averbax
D[redaktə]
- Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. (Artur Şopenhauer)
Ə[redaktə]
- Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borca veri. Bencamin Franklin
- Əldəki pul azadlığın alətidir. Lakin arxasınca qovulan pul, tam tərsinə köləlik alətidir. Jan Jak Russo
İ[redaktə]
- İnsan ancaq xəyalları ilə yaşar və biraz yaşamağa başladıqca hamısını itirər. Volter
- İnsanoğlunun heç bir icadı pul qədər fəsad verici deyil. - Sofokl
K[redaktə]
- Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. (Henri Ford)
M[redaktə]
- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. Onore de Balzak
- Müştərilərimin etibarını itirməkdənsə, pul itirməyi üstün tuturam. Robert Boş
P[redaktə]
- Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. Alman atalar sözləri
- Pul bir heçliyi belə birinci yerə gətirən biricik yoldur. Fyodor Dostoyevski
- Pul bir şeyi dəyişdirmək üçün vasitədir. Adam Smit
- Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsəndə o qədər çox ona susayarsan Artur Şopenhauer
- Pul əl çirkidir. - Azərbaycan atalar sözləri
- Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm. (Ceki Meyson)
- "Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır. Bencamin Franklin
- Pul-qızıldan düzəldilmiş azadlıqdır. Erix Mariya Remark
- Pul öndə gedib, insana bütün yolları açar. Uilyam Şekspir
- Pul-şeytanın əlamətidir. - Qabriel Qarsia Markes
- Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın. (Bencamin Franklin)
- Pul yaxşı qulluqçudur, lakin pis ağadır. Frensis Bekon
- Pula əmr elə, qulluq eləmə. Alman atalar sözləri
- Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. (Eduard Servus)
- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. (Deyl Karnegi)
- Pulu köləniz edin, yoxsa yoldaşınız olar. Bernard Şou
- Pulu pul gətirər. Başqırd atalar sözləri
- Pulum var - camaatın da əziziyəm. Alman atalar sözləri
- Pulsuz sülh olmaz. Uinston Çörçill
S[redaktə]
- Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır. Bencamin Dizraeli
V[redaktə]
- Vaxt və pul bir-birinə bağlıdır.Uinston Çörçill
Y[redaktə]
- Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. - Bernard Şou