Azərbaycan atalar sözləri/P

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
< Azərbaycan atalar sözləri
  • Padarın ulağı zağada yatar, qonağı çöldə. (Padarlar-tərəkəmə tayfa)
  • Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?!
  • Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
  • Padşahı da arxasınca söyərlər.
  • Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
  • Padşahın da dalınca danışarlar.
  • Padşahın da rəiyyətə işi düşər.
  • Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
  • Padşahsız nağıl olmaz.
  • Paxıl artsa, qurd artar.
  • Paxıl olma, qüssən olmasın.
  • Palaza bürün, el ilə sürün.
  • Palan–palan, mənə də palan?!
  • Palçığa batan arabanı öküz çıxardar.
  • Pambıq satan ağ itdən qorxar.
  • Pambıqçının ağ itdən zəhləsi gedər.
  • Papaq altında igidlər yaşar.
  • Papaq elə-işimizi bilək.
  • Papaq isti-soyuq üçün deyil, namus üçündür.
  • Papaq altında igidlər yatar.
  • Papaq namus üçündür.
  • Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.
  • Papaqçının papağı yırtıq olar.
  • Papaqçının papağı olmaz.
  • Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.
  • Papağımız günə yandı.
  • Papağın yerə girsin.
  • Papağını qoy qabağına, fikirləş.
  • Paraya dəymə, bütünü kəsmə, doğra, doyunca ye.
  • Paslı dəmirdən qılınc olmaz.
  • Pay bölənə pay qalmaz.
  • Pay bölənin yüzdə biri cənnətə gedər.
  • Pay verdi, dalınca gəldi.
  • Pay dolu gələr, dolu gedər.
  • Pay payı döyər, çıxardar.
  • Pay paylayan payından olar.
  • Paydan pay ummazlar.
  • Paydan uman pay verməz.
  • Payın qabağı pay olar.
  • Payın cənnətdə.
  • Payını yalqız yeyən payını dişi ilə tutar.
  • Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
  • Payız camışı qaçağan olar.
  • Payızın suyu kasıbın boğazına təngdir.
  • Pəzəvəngin axırı dərviş olar.
  • Pinəçinin mayası iynəynən bizdi.
  • Pir mənimdir, kəramətini bilirəm.
  • Pis günün ömrü az olar.
  • Pis olmasa, yaxşının qədri bilinməz.
  • Pis söz yiyəsinə qayıdar.
  • Pisi dalına mindir, ya dalına min, ikisi də birdir.
  • Pisliyi torpağa əkdilər, göyərmədi.
  • Pişik atası xeyrinə siçan tutmaz.
  • Pişik balasını istədiyindən yeyər.
  • Pişik balasını külə bulayıb yeyər.
  • Pişik olmayan yerdə siçanlar baş qaldırar.
  • Pişiklə donuz darıdan çıxmaz.
  • Pişiyi dara qısnayanda dönər üzünü cırmaqlar.
  • Pişiyin ağzı ətə çatmayanda deyər qoxuyubdu.
  • Pişiyin dərdi iti öldürər.
  • Pişiyin gözü siçan dəliyində olar.
  • Pişiyin könlü samanlıq idi, it də qovdu saldı samanlığa.
  • Pişiyin qonaq yeri samanlıqdır.
  • Piyada atlıya gülməsə, bağrı çatlar.
  • Pıç-pıç ev yıxar.
  • Polad sınar, əyilməz.
  • Pul can yonqarıdır.
  • Pul əl çirkidir.
  • Pul kəsəni qılınc kəsməz.
  • Pulda vəfa olsaydı, əldən ələ keçməzdi.
  • Pullu adamdan bəla da qorxar.