Namus
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı, amma yalançı olmaqdansa, sadə və namuslu olmaq yaxşıdır. Sofokl
- Ar getdi Misirə, namus da ardı sürə. Türk atalar sözləri
- Arı yeyib, namusu atıb dalına. Azərbaycan atalar sözləri/A
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. Şarl Lui Monteskyö
B[redaktə]
- Bağban oldum, bağ becərdim, dərmək üçün bar gərək,
Vəfalı dost arasında namus, qeyrət, ar gərək. Aşıq Şəmşir - Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar. İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən. Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
- Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. Deni Didro
- Borc bacadan girər, sonra o qədər böyüyər ki, heç qapıdan da çıxa bilməz.
Ç[redaktə]
- Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək. Əhvədi
- Çölə qamış yaraşar, kişiyə namus yaraşar. Tatar atalar sözləri
G[redaktə]
- Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə. Aşıq Ələsgər
X[redaktə]
- Xəncər yarası sağalar, namus yarası sağalmaz. Azərbaycan atalar sözləri/X
H[redaktə]
- Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz. Ərəb atalar sözləri
- Həya olmayan yerdə namus da olmaz. Alman atalar sözləri
- Həya və namus paltar kimidir, qiymətdən düşdükcə ona laqeyd yanaşırsan. Apuley
- Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
İ[redaktə]
- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. Viktor Hüqo
- İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər. Napoleon Bonapart
K[redaktə]
- Kim namus və əxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsız odur! Fridrix Nitsşe]
Q[redaktə]
- Qadının ən böyük cavahiratı onun namusudur. Anatol Frans
- Qadının xarici gözəlliyi deyil, namusu mənim məhəbbətimə layiq ola bilər. Uilyam Şekspir
N[redaktə]
- Namus adamı qəbirdən də qaldırar. Əfqan atalar sözləri
- Namus anlayışı, zaman, din, iqlim, ənənə və xüsusilə geyim şəklinə görə dəyişən qərarsız bir ərdəmdir. Əhməd Haşim
- Namus gedər, dönməz geri, yoxdur onun bəlli yeri. Türk atalar sözləri
- Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər. Uilyam Şekspir
- Namus gözəlliyin sədəqəsidir. Əli
- Namus qədri bilib nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz. Aşıq Ələsgər - Namus ləkəsini qan təmizləyər. Ləzgi atalar sözləri
- Namus prinsipinin əsas təriflərindən biri budur ki, heç kim öz hərəkətləri ilə heç kimə özünə üstünlük verməməlidir. Georq Vilhelm Fridrix Hegel
- Namuslu adam düşməni olmaqla nəfəs alır. Fyodor Dostoyevski
- Namuslu adam heç kəsə paxıllıq etmir. Maksim Qorki
- Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir. Jan Jak Russo
- Namuslu adamların düşməni başqalarından daha çox olur. Fyodor Dostoyevski
- Namuslu bir adam, Tanrının ən soylu əsəridir. Aleksandr Pop
- Namuslu əmək insan üçün ən mənfəətli işdir. Kalinin
- Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. Fonvizin
- Namuslu insanı təhqir edən özü-özünü təhqir edir. Jan Jak Russo
- Namusu ilə alver edən varlanmaz. Lyuk de Klapye Vovenarq
- Namusu itə atdılar, it yemədi. Azərbaycan atalar sözləri/N
- Namusu üçün əfqan oda da atılar. Əfqan atalar sözləri
- Nə qədər böyük məqsədlə də olsa, namus sərf olunmaz! Məhəmməd Əmin Rəsulzadə
O[redaktə]
- Oğullar analarının ən namuslu olduğuna inanırlar. Qızlar da elədir, amma onlar daha az inanırlar. Anatol Frans
P[redaktə]
- Paltarı təzəliyindən qoru, namusu - gəncliyindən. Rus atalar sözləri
- Papaq isti-soyuq üçün deyil, namus üçündür. Azərbaycan atalar sözləri/P
S[redaktə]
- Su ilə hər şey yuyulur, namusdan başqa. Gürcü atalar sözləri
Y[redaktə]
- Yoxsulluğun hökm sürdüyü yerdə nə utanmaq qalar, nə cinayət, nə namus, nə də ruh. Onore de Balzak