Aşıq Şəmşir
Görünüş
Aşıq Şəmşir | ||||
Tam adı | Şəmşir Qurban oğlu | |||
Doğum tarixi | 15 mart 1893 | |||
Doğum yeri | Kəlbəcər, Dəmirçidam kəndi | |||
Vəfat tarixi | 2 oktyabr 1980 | |||
Vəfat yeri | Kəlbəcər | |||
Dəfn yeri | Kəlbəcər rayonu | |||
|
Aşıq Şəmşir (15 mart 1893-cü il, Kəlbəcərin Dəmirçidam kəndi — 2 oktyabr 1980-ci il, Kəlbəcər) — ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aralığı şeytan kimi qatana insan demə,
Alçaq, satqın kölgəsində yatana insan demə.
B
[redaktə]- Bağban oldum, bağ becərdim, dərmək üçün bar gərək,
Vəfalı dost arasında namus, qeyrət, ar gərək.
Ə
[redaktə]- Əqli kamil olmayanlar yetişməz insanlığa.
İ
[redaktə]- İxtiyarın çatan kimi bəd danışıb, vurma dəm,
Ədalət, divan yanında qoyma dilin ola lal. - İnsanda yaxşı sifət əzəl binadan gərək,
Tərbiyəsi kamil ola ata-anadan gərək.
M
[redaktə]- Mənliyini simu-zərə satana insan demə,
Yaltaqlardan arxa olmaz, üzündən qaçmaq gərək. - Mərd igidin qaydasıdır dünyanı var istəmək,
Bir bəşərin şad gününü mərdimazar istəməz.
Y
[redaktə]- Yaxşılara yoldaş olun, şərdən, şeytandan qaçın,
El içinə fitnə salan aravurandan qaçın.
Ö
[redaktə]- Özün üçün sərf eyləmə özgələrin varını,
Zəhmət çəkib, bağ salanlar qoy dərsin öz barını.
Aşıq Şəmşir haqqında sitatlar
[redaktə]- Aşıq Şəmşir yaradıcılığında pessimist ovqata yer yoxdur.[1] — Nağdəli Zamanov
İstinadlar
[redaktə]- ↑ Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər. Bakı, "Elm və təhsil", 2018, 512 səh.