Ləzgi atalar sözləri

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ac adam yuxusunda da bir xurcun çörək görər.
  • Açıq ağız ac qalmaz.
  • Axmaq dediyini deyir, eşidən ağıllı olsun.
  • Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz.
  • Allah vara baxmır, ürəyə baxır.
  • Aysız gecədə ulduzlar daha gur şölə saçar.

B[redaktə]

  • Baha qoyunun dərisindən papaq qoymaqla ağıllı olmazsan.
  • Bala baldan şirindir.
  • Bir ağacı kəsirlər, bütün meşə eşidir.
  • Bir qoyundan iki dəri soyulmaz.
  • Buz layı nazilən yerdən sınar.

C[redaktə]

  • Cahil sərvət yığar, aqil hikmət.

Ç[redaktə]

  • Çox and içən - çox aldadar.
  • Çox danışan - çox çaşar.
  • Çox şeyə dözən, çox şey öyrənər.

D[redaktə]

  • Davasız bişən xörək şirin olar.
  • Dərdimə iki göz ağlayır, işimi iki əlim görür.
  • Dərdini dərd çəkmişə de.
  • Dost gözə baxar, düşmən yerə.
  • Dostlaşmaq asandır, dostluğu saxlamaq çətin.
  • Düşmənlə göz-gözə gələndə cəsarətli tərpən.

Ə[redaktə]

  • Əsl kişini xəncərdən betər söz ağrıdar.

G[redaktə]

  • Gördün ki, sənə qulaq asan yoxdur, yaxşısı budur dinməz otur.
  • Gözdən uzaq olan, könüldən də uzaq olar.
  • Günəşin nə günahı ki, yapalaq gündüz görmür.

H[redaktə]

  • Hansı barmağı kəssən, ağrısı birdir.
  • Hər qamışdan qənd qayırmazlar.
  • Hər papaqlı kişi deyil.
  • Həyasız pişik şirin də üstünə atılar.

İ[redaktə]

  • İki göz də bir-birilə yola getməzdi, aralarında burun olmasaydı.
  • İki xəncər bir qına sığışmaz.
  • İki köpək süpürləşəndə kənara çəkil.
  • İlanın da yadında qalır ki, onun quyruğunu kim tapdayıb.
  • İlanın özünü öldürüb, balasını sağ qoyma.
  • İstəyə hər şey bağışlanar.
  • İt - sahibini unutmaz, pişik - evi.

K[redaktə]

  • Kasıblayanın adını dostları unudurlar.
  • Keşik növbəsi kasıba çatanda gecə də uzanar.
  • Kəndin xəbərini böyükdən soruş, özgə evinin xəbərini uşaqdan.
  • Kora hər yer zülmətdir.
  • Küləklə gələn küləklə də gedər.

Q[redaktə]

  • Qabağa keçirsən - başına vururlar, dala qalırsan - dabanına.
  • Qan düşməninə rəhm etmə, düşmən dönüb dost olmaz.
  • Qapağan itə ya sümük gərək, ya da çomaq.
  • Qarında olan görünmür, çiyində olan görünür.
  • Qonşu ilə dosluq elə, amma çəpəri götürmə.
  • Qonşu ilə mehriban davranmaq istəyirsənsə - ondan borc alma.
  • Qonşu yaxşı olsa, çolaq qız da ərə gedər.
  • Qorxaq həmişə daşın böyüyündən yapışar.
  • Qulaq çox şey bilsə də, qulaqdır ki qulaq.

M[redaktə]

  • Meyvə qurdu meyvədən çıxar.
  • Mədə bircə bıçağı xoşlamır.

O[redaktə]

  • O düşmən qorxuludur ki, özünü dost kimi göstərir.
  • Oğru öz yatağında ölməz.
  • Oğurluq çörəyin dadı olmaz.

Ö[redaktə]

  • Ölsün o dost ki, axır tikəni necə bölüşdüyünü yaddan çıxarıb.
  • Özgəsini eşit, öz fikrini açma.
  • Özgəsinin eybini sənə deyən, sənin də eybini özgəsinə deyəcək.

P[redaktə]

  • Payız cücəsindən xoruz çıxmaz.
  • Pinti arvada kor ər gərək.
  • Pişiyin qanadı olsaydı, bütün quşları tutardı.
  • Pul azdır - qayğı azdır; pul çoxdur - qayğı çoxdur.
  • Pula tək mollanı yox, bütün şəriəti ala bilərsən.
  • Pulun var - ağıllısan, pulun yox - ağılsız.

S[redaktə]

  • Sağ əl boş olsa, sol əldən ona dost olmayacaq.
  • Sözə inanma, işdə yoxla.
  • Sözü bişir, sonra de.
  • Su içəndə nəinki insana, heç ilana da dəymə.

U[redaktə]

  • Ulağa arxadan, xana qabaqdan yaxınlaşma.

Ü[redaktə]

  • Üç yüz illik bataqlıqda içməli su axtarma.
  • Ürəkdən gələn söz ürəklərə yatar.

Y[redaktə]

  • Ya gərək çox pulun olsun, ya da şirin dilin.
  • Yaxşı qonşu pis qardaşdan yaxşıdır.
  • Yalanın ömrü qısa olar.
  • Yersiz gülməyin axırı ağlamaq olar.

Z[redaktə]

  • Zülmlə abad olan, qarğışla bərbad olar.