Çörək
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ac adam yuxusunda da bir xurcun çörək görər.
- Aclıq ilində bir tikə çörək, bir külçə tamah artıqdır. Fin atalar sözləri
- Axtarırsan bal çörək al əlinə bel kürək.
B[redaktə]
- Bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir. Sokrat
- Bir qəssabın çörəyə, bir çörəkçinin də ətə ehtiyacı vardır. Bu səbəblə qəssabla çörəkçinin bir-birini sevməsi üçün məntiqli bir səbəb vardır. Hər ikisi də bir-birinə faydalı olar. Bertran Rassel
Ç[redaktə]
- Çörək bol olarsa basılmaz Vətən. Səməd Vurğun
- Çörək itirən, çörək tapmaz. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. - Azərbaycan atalar sözləri
- Çörəyi tək yeyən yükünü özü çəkər.
- Çörəyi torpaqdan al, kiminsə ağzından yox.
Çörək baha olanda ölüm ucuz olar
Ə[redaktə]
- Əvvəl çörək, sonra əxlaq. Bertolt Brext
H[redaktə]
- "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
İ[redaktə]
- İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü... Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. Barış Manço
- İnsanlar yeməyə çörək və yatmağa yer tapan kimi düşünməkdən qaçırlar. Volter
- İş istəyin, iş verməsələr çörək istəyin. Çörək verməsələr, çörəyinizi alın. Emma Qoldman
- İşləmək çörək, tənbəllik qıtlıq gətirər. - Alman atalar sözləri
- İşləyənə - çörək, işsizə - yuxu. Başqırd atalar sözləri
- İşləməyən dişləməz.
- Çörəyi ver çörəkçiyə birin də
üstəlik
K[redaktə]
- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. Sədi
Q[redaktə]
- Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır. Məhəmməd Füzuli
T[redaktə]
- Torpaq çörəyi ilə, insan əməyi ilə. Başqırd atalar sözləri
İstinadlar[redaktə]
Çörək haqqında atalar sözləri