Turqut Uyar
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə.
B[redaktə]
- Bəlkə də əsl ustalıq budur - hər zaman təcrübəsiz olmağı bilmək.
- Bəlkə yağışa da ehtiyac qalmazdı; insanlar bu qədər kirli olmasaydı.
- Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən.
- Bir insan, bir insani yalnız ikən xatırlayırsa, sevməmişdir. Qəfil ağlına gətirib özünü yalnız hiss edirsə, bax, o zaman sevmişdir.
- Bir yağış yağsa da, birlikdə islansaq..
- Bilirik nəyi bölüşdüyümzü; danışmasaq da.
D[redaktə]
- Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik.
G[redaktə]
- Gün gələr, hər kəs sevdiyini anlayar, qaşla-göz arasında.
H[redaktə]
- Hamı nə vaxt ölür? Əlbəttə, gülünün solduğu axşam.
- Hər kəs tərgitsin sənin üçün ölərəm sözlərini! Əvvəlcə özünüz üçün yaşamağı öyrənin, ondan sonra başqası üçün ölərsiniz.
- "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər.
İ[redaktə]
- İnsan, ən çox səhərlər axtarar sevdiyi qadını.
- İşləməyən bir saatdır ürəyim; həmişə səndə dayanır.
Q[redaktə]
- Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər.
M[redaktə]
- Mən, əslində hər şeyi sonradan öyrəndim. Hər kəs, hər kəsi sonradan öyrənirmiş; bunu da sonradan öyrəndim.
N[redaktə]
- Nə edək?! Heç olmazsa, bağışlayaq bir-birimizi.
S[redaktə]
- Sən hara, mən də ora; addım-addım. İnsan sevdikcə yaxşılaşır, artıq anladım.
- Sentyabr yığışıb getdi. Oktyabr filan da gedər bu gedişlə.
Y[redaktə]
- Yalnız, dayansa anlaşılar saatın neçə olduğu.
- Yüz dildə "səni sevirəm" desən nə fayda?! Bir dildə adam kimi sevmədikdən sonra..