Başqırd atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı atını təriflər, yarımçıq arvadını, axmaq da öz-özünü.
- Ağıllı özünü sınayar, ağılsız - yoldaşını.
- Ağıllı üzündən bilinir, axmaq sözündən.
- Ağıllıya demə - biləcək, yaxşıdan istəmə - verəcək.
- Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr.
- Ağıllıyla da məsləhətləş, ağılsızla da.
- Ağır naxoşluğu yaxşı yemək sağaldar.
- Ağız əyri olsa da, sözü düz olsun.
- Almaq öytətmir, satmaq öyrədir.
- Almanın yaxşısını qurd yeyər.
- Atalar sözü dedi - yol göstərdi, məsəl dedi - urəyini toxdatdı.
- Atan ölübsə də, dostlarını unutma.
- Atı bir aya sınayırlar, insanı - bir ilə.
- Atı qamçı qovar, igidi - həya
- Atın ad-sanı igidin əlindədir, igidin ad-sanı öz əlində.
- Azıbsansa - qabağa bax.
B[redaktə]
- Barmaq barmağa bərabər deyil, insan - insana.
- Bazarda məzəndə yuxarı olanda alverçi həyasını satar.
- Bilən bildiyini işlər, bilməyən barmağını dişlər.
- Bilən bir dəfə danışar, onu da düz.
- Bir dəfə gördün - tanışsan, iki dəfə gördün - yoldaşsan, üç dəfə gördün - dostsan.
- Bir dəfə qabağa baxanda, beş dəfə ətrafa bax.
- Bir dostu incitməkdən qorx, bir də düşmənə sirr verməkdən.
- Bir könülə iki məhəbbət sığmaz.
- Boyunla yox, ağlınla öyün.
C[redaktə]
- Cəsarət səadətin yarısıdır.
Ç[redaktə]
- Çox biləni bəla tapar, nə azar.
- Çox ehtiyatlı olmaq da qorxaqlıqdır.
D[redaktə]
- Dağı daş bəzəyər, insanı baş.
- Danışmaq gümüşdür, susmaq qızıl.
- Davadan sonra yumruğunu qaldırır.
- Dərdsiz-qəmsiz adam su içməklə də kökələr.
- Dərin çaylar səssiz axar.
- Dəvəcə boyun olunca, düyməcə ağlın olsun.
- Diyirlənən daş hamarlanar, düşüb qalan mamırlanar.
- Dost gözün işinə deyər, düşmən arxada donquldanar.
- Dosta atını veribsənsə, demə ki, onu qoru.
- Duzdan duzlu olma, baldan şirin.
- Düşmən çağırsa getmə, dost çağırsa get.
- Düşməninin gülüşünə inanma.
Ə[redaktə]
- Əlin gücünə baxma, ürəyin gücünə bax.
- Əsl kişi məqsədinə çatar.
- Əvvəlcə öyrən gör qonşun kim olacaq, sonra özünə ev tik.
- Əyri ağcaqayın qar saxlamaz, pis adam - söz.
G[redaktə]
- Göl qamışsız olmaz, ürək qəmsiz.
- Günahkarın yuxusu gəlməz.
X[redaktə]
- Xəstəlik pud-pud gələr, misqal-misqal gedər.
- Xəzəlləri külək qarışdırar, insanları söz.
- Xoşa gələn səkkiz, ürək istəyən bir.
İ[redaktə]
- İgid bir sözü iki dəfə deməz.
- İgid evdə doğular, döyüş meydanında ölər.
- İgid yarasız olmaz.
- İgidin fəndi olmasa tez basılar.
- İlanın ayağını görən olmayıb, mollanın səxavətini.
- İlanın başını vurub atacaqsan, quyruğu qıvrılacaq.
- İlanın çölü yumşaq, içi zəhərdir.
- İlanın quyruğunu basma, başını kəs.
- İlanla dost olacaqsan - çalacaq
- İnsana dili bəla gətirər, heyvana - buynuzu.
- İşləyənə - çörək, işsizə - yuxu
K[redaktə]
- Kişisi çox olan evin odunu olmaz, qadını çox olan evin - suyu
Q[redaktə]
- Qabil adam iyirmi beş yaşında da kamil olar, naqabil əlli yaşında da uşaq.
- Qəm yemə ki, pul yoxdur, qəm ye ki, iş yoxdur,
- Qarğa da balasını oxşayır: "Mənim ağappaq balam"; kirpi də balasını oxşayır: "mənim ipək balam".
- Qətiyyətsiz adam, bəxtsiz adam.
- Qonaq az əyləşər, çox görər.
- Qonaq edirlərsə, suyu da iç.
- Qorxaq elə bilər kölgə də oğrudur.
- Qorxaqdan qaç.
- Qürbətdə sərvətdən qiymətli doğma eldir.
M[redaktə]
- Molla haqqında yaman desən dilini kəsərlər, padşah haqqında yaman desən - əlini.
N[redaktə]
- Naxoş bir dəfə ölür, tənbəl - hər gün.
Ö[redaktə]
- Ölkəni düşməndən qoru, sirri - yaltaqdan.
- Övlad üçün ananın ürəyi ağrıyar, atanın - biləyi.
- Öz günahına görə yıxılan adam ağlamaz. [1]
- Özgələri eşit, öz ağlına batanı elə.
- Özünü öymə, özgəsini əymə.
- Pulu pul gətirər.
P[redaktə]
- Pis at yiyəsini qocaldar, pis arvad - ərini.
S[redaktə]
- Sakit it hürmür, amma qapır.
- Sən özün torpağa əyilməsən, o sənə yaxın gəlməz.
- Sənətsiz kişi - qanadsız quş.
- Sərvət olmaz malda-mülkdə, - Birlikdə olar, birlikdə.
- Soyuq söz ürəyə çatınca buza dönər.
- Sözə baxma, işə bax.
T[redaktə]
- Tanınan yerdə özünə hörmət edirlər, tanınmayan yerdə kürkünə.
- Tək odun ocaqda da yanmaz, qoşa odun çöldə də sönməz.
- Tənbəl bir işi iki dəfə görər.
- Tənbəl durduğu yerdə yatar, oturduğu yerdə işlər.
- Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız.
- Torpaq çörəyi ilə, insan əməyi ilə.
- Toy o tərəfdədirsə, bu tərəfdə oynama
U[redaktə]
- Uşaq - atadan yetim qalmır, anadan yetim qalır.
Ü[redaktə]
- Ürəkdən gələn söz ürəklərə yol tapar.
V[redaktə]
- Vətən başqa bir ölkədən daha bahalıdır.
Y[redaktə]
- Yaşlı qız adaxlıdan qorxmaz.
- Yarasız Batır olmaz.
- Yavaş getdi - mənzilə yetdi, tələsdi-təzdi - yolunu azdı.
- Yerişini bilməyən yolu korlar, danışığını bilməyən - sözü.
- Yoldan tapdığını da say götür.
- Yolsuzluqdan - çala-çuxur da olsa, yol yaxşıdır.
- Yuxu ölümün yoldaşıdır.
Z[redaktə]
- Zoruna güvənmə, ağlına güvən.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015