Məzmuna keç

Barmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah barmaqlarımızın arasında boşluq buraxdı. Bizim üçün yaradılan o insan gəlib o boşluğu doldursun deyə. Əziz Nesin
  • Atalar sözləri şəhadət barmağında daim parlayan qiymətli üzüklərdir. Alfred Tennison
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. İsaak Nyuton
  • Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi. Sunay Akın
  • Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər. Xalid Hüseyni
  • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir. Mövlana Cəlaləddin Rumi
  • Lütfən mənə deyin. Türkiyənin neçə Fazıl Sayı var?! Necə ki, bəzi mövzularda eşitməyə öyrəşmədiyimiz səbəblərə görə yerdən yerə vurduğumuz Saydan danışıram. Maraqlıdır neçə musiqiçimiz onun kimi məhsuldardır?! Nə qədər musiqiçi onun kimi beynəlxalq aləmdə şöhrət qazanmışdır?! Bəli, əlbəttə var; bir əlin barmaq sayını keçməz. Məmməd Əli Birand
  • Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol! Bob Marli
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1] İmam Həsən
  • Vaxtilə Fransız hökumətindən biri Napoleon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə, Napolyon :"Bəli, onlar barmaqla alına bilsəydi, dediyin kimi edərdim". Napoleon Bonapart

İstinadlar

[redaktə]
  1. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1