Məzmuna keç

Sunay Akın

Sunay Akın
Doğum tarixi 12 sentyabr 1962
Doğum yeri Maçka
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Sunay Akın — Türkiyə yazıçısı, şair.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anlamadan yaşamaq lazım olurmuş. Amma bəzən unutmaq lazım olurmuş, unudulma bahasına. Zaman deyilmiş gedəni gətirən, əslində zamanmış var olanı aparan.[1]
  • Bəlkə də yaralarımızı üfləyərkən öyrəndik fit çalmağı.
  • Bəzən başını alıb gedə biləcək qədər cəsur; Və bəzən qalıb hər şeyə göz yumacaq qədər ürəkli ola bilməlidir insan.
  • Bəzən dünyanın ən çətin peşəsidir.. Öz duyğularına tərcüməçi olmaq!
  • Bəzən susmaq lazım olurmuş, bəzən bomboş baxmaq lazım olurmuş həyatın yalanlarına. Anlamağa çalışmaq axmaqlıq!
  • Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; bu aralar pis küsmüşük.
  • Bir gün deyirəm.. Bir gün gələcək və oyananda ilk ağılıma gələn sən olmayacaqsan.
  • Böyüdüm artıq… Anladım ki, nağıllardakı qədər günahsız deyilmiş heç kim. Sevmək ağrıdır, getmək vərdiş olmuş əlaqələrdə!
  • Bu qədər ürək qırıqlıqlarına baxmayaraq kiçikliyimdə etdiyim kimi küləyi arxama alıb qışqırmaq istəyirəm həyata: Ağrımadı ki!
  • Bütün gücünlə sevmə, sevgisindən əmin olmadığn adamı. Və unutma, Bu gün səni tərk edən; dünən uğruna öləcəkdi!
  • 90–60 — 90-nı hamı bilir, əlbəttə ki bədən ölçüləridir. Amma bir də 200–70 — 60 var, unutmayın bu da tabut ölçüləridir.
  • Eşq; bir baxıma sobaya toxunmaq kimidir. Bir dəfə yanarsan, İzi qalar. Sonra bir daha toxunmazsan, yalnız yanına yaxınlaşarsan.
  • Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər.
  • Etiraf etməliyəm ki, "səninlə hər şey gözəldir"! Amma etiraf etmək lazımdır ki, sənsiz daha da gözəldir.
  • Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi.
  • Əldən düşmə sevdalar deyil istədiyim. Ürəyinin sahibi olmalıyam ya da heç bir şeyin. Ürəyinin sahibi deyilsəm, əhəmiyyəti yox bir şeyin.
  • Əlindən gələni etdikdən sonra, sıra ayağından gələni etməkdə; "Getmək kimi məsələn."
  • Əslində hər şey, tükənən bir qələmə tükənməz dedikləri qədər yalandır.
  • Həsrətin tərifi yoxdur, kim nə demişsə səbəbi çarəsizlikdir. Yanımdaykən belə sənə doya bilməzkən, necə izah edilər ki sənsizlik!
  • İki uşaq rahatlıqla oturduğumuz qapının eşiyinə, öz başıma çətin sığıram bu gün. Böyüdükcə insan təkmi qalır?
  • İkimiz də eyni şeyi düşünürük; Mən səni, sən özünü.
  • İnsan, inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər deyirlər. Sanki inanmaqdan daha da möhtəşəm səhv etmək olarmış kimi.
  • Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21-ci əsrdə nə gəzər?!
  • Kədərlənmirəm. Bir gün dayanar əlbət könülümdəki dərin sızı. Həmişə xeyirsiz deyil bu insanlar; bir gün məni də tapar xeyirlisi.
  • Kim bilər, bəlkə yaralarımızı üfləyərkən öyrəndik, fit çalmasını.
  • Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını.
  • Mənim atam onun atasını döyərmi bilmirəm; amma, bir qadının qəlbi kişinin qəlbini yerlə bir edər.. Həmişə də etmişdir.
  • Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz.
  • Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də.
  • Sevgi; Sevdiyin adamın xoşbəxt olduğunu gördükcə onun xoşbəxtliyi ilə xoşbəxt ola bilmə sənətidir.
  • Sevmək, xəyal qurmaq qədər asandı. Amma unutmaq; Qurduğun xəyalların reallaşması qədər çətindi.
  • Sevmək ürək istər deyil, Hər ürək sevmək istər, yalnız sevdiyinə sonuna qədər sahib çıxa bilmək, cəsarət istəyər.
  • Sən məndənmi soruşursan təkliyi sevərsənmi deyə? Mən ki; çayı belə iki şəkərlə içərəm, birlikdə ərisinlər deyə.
  • Söylədiyin hər yalandan sonra "kaş ki həmişə uşaq qalsaydım" demə. Çünki söylədiyin hər yalanda kifayət qədər kiçildin onsuz da gözümdə.
  • Uşaq deyiləm artıq, böyüdüm. Bir az yorğun, bir az inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.
  • Yanındaykən belə darıxıramsa sənin üçün, necə izah edilə bilər sənsizlik?

İstinadlar

[redaktə]
  1. [1]Sunay Akından Dəyərli Cümlələr